Türkiyə 2020-ci ilə qədər... - GÜNDƏMİ DƏYİŞDİRƏCƏK İDDİA

Baxış sayı: 
29
1  
0  

Türkiyə 2020-ci ilə qədər S-400 zenit-raket komplekslərinin alınmasının təxirə salınması barədə ABŞ-ın xahişini araşdırır.
 
Publika.az xəbər verir ki, bu haqda mənbələrə istinadən “Blumberq” agentliyi yazıb.
 
Daha əvvəl Ankarada diplomatik mənbələrə istinadən “Bild” nəşri bildirmişdi ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan S-400-lərin alınması üzrə Rusiyayla sazişdən imtina edib. Lakin Türkiyənin prezident administrasiyasının kommunikasiyalar üzrə departamentinin rəhbəri Fəxrəddin Altun qəzetin informasiyasını təkzib edib.
 
“Sizin mənbələr səhvdir. Məlumatı məndən alın: S-400-ün alınaması prosesi yekunlaşıb" , - deyə Altun qeyd edib.
 
Qeyd edək ki, Türkiyə rəhbərliyi dəfələrlə S-400 komplekslərini almaq planından imtina etməyəcəyini bəyan edib. Komplekslərin birinci partiyası ölkəyə iyulda daxil olmalıdır. ABŞ isə bildirir ki, S-400 sistemləri NATO standartlarına uyğun deyil, onların alınması Türkiyəyə qarşı sanksiyaların tətbiqi və F-35 qırıcılarının Türkiyəyə satışının ləğvi ilə nəticələnə bilər.

Загрузка...
Загрузка...