Türk pilotları ABŞ-da... - Pentaqondan təcili açıqlama

Baxış sayı: 
127
2  
0  

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türkiyənin F-35 qırıcılarının təlimlərini davam etdirdiyini açıqlayıb.
Turaninfo.org xəbər verir ki, Pentaqonun mətbuat katibi Mayk Endryus türk pilotların “Luke” hərbi hava bazasında təlimlərini davam etdirdiklərini deyib.
Lakin mətbuat katibi Türkiyəyə noyabr ayında təhvil verilməsi planlaşdırılan iki F-35 təyyarəsinin hazırlıq fəaliyyətlərinin və ehtiyat hissələrinin tədarükünün dayandırılmasına dair açıqlamasının sözügedən təlim fəaliyyətlərini əhatə edib-etmədiyi ilə bağlı suala cavab verməkdən boyun qaçırıb.
Qeyd edək ki, ötən gün ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin yeni sədri Ceyms İnhof ABŞ-ın türk piltoların Texas, Florida və Arizonadakı təlim uçuşlarını dayandırdığını, texniki heyətin təlimlərinin təxirə salındığını açıqlamışdı.

publika.az 

Загрузка...
Загрузка...