Türk həkimlər Gülalıyevin son durumunu açıqladı: Təəssüf...

Baxış sayı: 
148
5  
1  

Müalicə üçün Bakıdan İstanbula aparılan hüquq müdafiəçisi Oqtay Gülalıyevlə bağlı son xəbər açıqlanıb.
 
Axar.az Teleqraf.com-a istinadla xəbər verir ki, Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev atasının son durumu ilə bağlı Türkiyə həkimlərinin rəyini açıqlayıb:
 
“Təəssüflər olsun... Türkiyə həkimləri atam Oqtay Gülalıyevlə bağlı etdikləri (KT) müayinənin cavablarını açıqladılar. Həkimlərin bildirdiyinə görə, atamın beyin hüceyrələrindən 3-ü sıradan çıxıb. Bu o deməkdir ki, atam yaşadığı müddətdə hərəkət edə, danışa bilməyəcək. Ancaq reaksiyasız olaraq gözləri açıq olacaq...
 
Həmçinin, həkimlər bildiriblər ki, komadan ayılması uzun çəkə bilər. Bu müddət 6 ay, hətta 1 il belə ola bilər”.
 
Oqtay Gülalıyev Türkiyədə - İstanbul şəhərində "Avrasiya" klinikasına yerləşdirilib.
 
Qeyd edək ki, hüquq müdafiəçisinin Türkiyədə müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Загрузка...
Загрузка...