Tünzalə Ağayevadan SƏRT SÖZLƏR: “Belə “kişi”lərin gücü ermənilərə yox, qadına çatır”

Baxış sayı: 
31
2  
0  

“Biz Xocalı Soyqırımı dərdini daşıyarkən, az deyil bizə?! Hər gün qadın, ana soyqırımı baş verməkdədir. Belə “kişi”lərin gücü erməni işğalçısına yox, qadına çatır. Dünyaya gələn qızların günahı nədir? 21- ci əsrdir, hələ də ailələlərdəki “qız nədir, oxumaq nədir, işləmək nədir?” kimi stereotiplər cəmiyyəti məhv etməkdədir”.
 
Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Tünzalə Ağayeva bir neçə gün bundan əvvəl əri tərəfindən 20 bıçaq zərbəsi ilə öldürülən Leyla Abdullayeva haqqında yazıb.
 
Artist instaqramda #leylaucunsusma həştəqi ilə post paylaşaraq qadınlara qarşı zorakılığı pisləyib: “Bu gün baxın, çox sayda qadın-qızlarımız öz hüquqları barədə ya tamamilə məlumatsızdılar, ya da ata, ailə və cəmiyyətin qınağından qorxurlar. Yaşadıqları sadəcə budur!!!
 
 
 
Hələ də həyatı, sağlamlığı, övladı təhlükə altında olan qadınlarımız var!! Demək ki, sosial layihələr, proqramlar, TV-media, sosial media daha çox maarifləndirməlidir bizi!!!
 
Dəyərli ziyalılar, maarifli insanlar, sənət insanları, media nümayəndələri, dostlar, gələcəyini düşünənlər, susmayaq! İzin verməyək növbəti faciəyə, cəhalətə”.

Загрузка...
Загрузка...