​Trampın zorla aldığı 700 ərəb uşağın taleyindən xəbər yoxdur - Sensasiya

Baxış sayı: 
186
0  
0  

 
2017-ci ilin oktyabrından bu günə qədər qaçqın kimi ABŞ-a daxil olan ailələrin 700 körpəsi əlindən alınıb. İddiaya görə, dövlət bu addımı həmin körpələrin valideynlərinin olmadığı və ya uşaqların təhlükəsizliyi iddiası ilə alıb.
 
Teleqraf.com bildirir ki, bu sensasiyalı xəbəri “Nyu York Tayms” qəzeti yayıb.
 
Qəzet ABŞ rəsmilərinə istinad edərək bildirib ki, 700 körpə ailələrindən və ya ailəsi olduğu iddia edilən şəxslərdən zorla alınıb. Alınan 100 körpənin yaşı 4-dən azdır.
 
İddia edilir ki, ABŞ-a daxil olan miqrantlar həbs edilməmək və ya daha az nəzarət altında saxlanılmaq məqsədilə yanlarında körpələr gətirirlər. Miqrantların özləri ilə gətirdikləri bəzən öz körpələri olmur.
 
ABŞ rəsmiləri körpə uşaqları təhlükəli durumda olduğu və ya onların öz valideynləri olmadığı təqdirdə zorla aldıqlarını, bunun xüsusi siyasət olmadığını iddia edirlər. Amma Prezident Trampın köməkçisi Kelli Daxili İşlər Nazirliyində işlədiyi zaman qeyd edib ki, uşaqların onların valideynlərindən və ya valideyn əvəzləyicilərindən alınması qaçqınların ABŞ-a gəlişinə qarşı tətbiq edilən siyasətdir.
 
Qaçqın hüquqlarını qoruyan təşkilat rəhbəri Mişel Brane deyib ki, körpələrin ailələrindən alınması olduqca vəhşi prosesdir və Amerika tərzinə uymur.
 
Qəzet hesab edir ki, Daxili İşlər Nazirliyi belə bir siyasəti rəsmən elan etməsə də, həyata keçirir.
 
Qaçqınlardan zorla alınan körpələr uşaq evlərinə qoyulur və bundan sonra onların ABŞ-da qohumlarının olub-olmadığı araşdırılır. Əgər yaxın qohumları ortaya çıxırsa, bu halda körpə onlara təhvil verilir. Əks təqdirdə körpə uşaqların uşaq evlərində nə qədər qalacağı bəlli olmur.
 
Müəllif: Cavad

Загрузка...
Загрузка...