Trampın kürəkəninin adı Qaşıqçı cinayətində - Şok gəlişmə

Baxış sayı: 
60
3  
0  

 
ABŞ Konqresi Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın jurnalist Camal Qaşıqçı cinayətində məsuliyyət daşıyıb-daşımadığını açıqlaması üçün Milli Kəşfiyyat Agentliyinə (DNI) bir ay vaxt verib.
 
Teleqraf.com xəbər verir ki, sözügedən məsələ Nümayəndələr Palatasının 2020-ci il üçün qəbul etdiyi müdafiə büdcəsi layihəsinə yer alıb.
 
ABŞ mediasına görə, Donald Trampın kürəkəni Jared Kuşner Səudiyyə Ərəbistan hökumətini Qaşıqçının ölümündə ittiham edən maddələrin ləğv edilməsi üçün Ağ Evin adından bir sıra Konqres üzvləri ilə bazarlıq edib.
 
Lakin kürəkənin səylərinə baxmayaraq, müvafiq maddələr yenidən Nümayəndələr Palatasının layihəsinə əlavə olunub.
 
Sözügedən qanun layihəsi gələn həftə Senatdan keçəndən sonra təsdiq edilməsi üçün Prezident Donald Trampa təqdim ediləcək.
 
Camal Qaşıqçı keçən il Səudiyyə Ərəbistanının İstanbuldakı (Türkiyə) baş konsulluğunda qətlə yetirilib. İndiyədək cinayətkarın kimliyi və jurnalistin cəsədi aşkar olunmayıb.
 
Müəllif: Mənsur Rəğbətoğlu

Загрузка...
Загрузка...