Trampın İlham Əliyevə məktublarının anlamı nədir: Adel Nazarianın 2-ci məqaləsi

Baxış sayı: 
22
1  
0  

 
"Əgər azad dünyanın lideri bir həftə içində iki dəfə konkret bir ölkəni xoş sözlərlə tərif edirsə, bu, təsadüf sayılmaz"
ABŞ-ın tanınmış siyasi icmalçılarından Adel Nazarian Azərbaycan-ABŞ münasibətləri ilə bağlı “Observer Research Foundation” təşkilatının saytında maraqlı yazı qələmə alıb.
 
Musavat.com təşkilatın rəsmi saytına istinadən həmin yazını təqdim edir.
 
Trampın son məktubları Azərbaycanın Ağ Evin Avropadan Asiyaya və onların arasındakı məkanla bağlı yürütdüyü strategiyasının mərkəzində olmasının ən bariz əlamətləridir.
 
Əgər azad dünyanın lideri bir həftə içində iki dəfə konkret bir ölkəni xoş sözlərlə tərif edirsə, bu, təsadüf sayılmaz. Bu beynəlxalq münasibətlər sahəsində fəaliyyət göstərən siyasətçilər və müşahidəçilər tərəfindən diqqətəlayiq və strateji cəhətdən əhəmiyyətli bir hadisədir.
 
ABŞ-ın böyük dövlətlərlə münasibətlərinin gərgin olduğu bir vaxtda prezident Donald Tramp İlham Əliyevə, yəni Avrasiyanın bir xalqının prezidentinə göndərdiyi məktubda Vaşinqtonun strateji və iqtisadi birliyin möhkəmləndirilməsində maraqlı olmasından bəhs edilir.
 
Bu ilin may ayının eyni həftəsində göndərilən məktublar ABŞ xarici siyasətinin dəyişkən və səs-küylü bir zamanına təsadüf edib.
 
Belə ki, Suriya və Ukrayna məsələsində ziddiyyətlər davam edir; habelə Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsindən sonra Vladimir Putin Rusiya-ABŞ münasibətlərinin “getdikcə daha da pisləşdiyini”, xarici işlər nazirin müavini Sergey Ryabkov isə əlaqələrin son illərdəki ən təhlükəli nöqtəyə gəldiyini bəyan edib.
 
Şərq cəbhəsində də gərginlikdir: ABŞ və Çin arasında keçən həftə baş tutan G20 zirvəsində razılığa gəlinməsinə baxmayaraq, Donald Trampın Pekinə qarşı başlatdığı ticarət müharibəsi sayəsində 2019-cu ilin ilk 4 ayında ABŞ-ın həmin ölkədən idxalatı 2% azalıb.
 
ABŞ-ın dünyanın 2-ci iqtisadi gücü Çin və 12-ci sıradakı Rusiya ilə münasibətlərinin bərpası Tramp administasiyasının əsas prioriteti sayılmalıdır. Hər bir halda Moskva və Pekin arasında münasibətlərdə tərəddüdün müşahidə edildiyi bu zamanlarda Ağ Ev ABŞ-ın qlobal alyanslarının genişləndirilməsi üzrə planının ən vacib tərkib hisslərindən birini artıq müəyyən etmiş görünür.
 
“Azərbaycan artıq daha çox inkişaf etməkdədir və öz tarixi ərzində dünya iqtisadiyyatı ilə daha sıx bağlıdır”,-deyə Donald Tramp Xəzər Neft Qaz Sərgisinin 26-cı illiyi münasibətilə göndərdiyi məktubda bildirir.
 
“Cənub Qaz Kəməri daxil olmaqla, Azərbaycandan neft və qaz çıxarılması dünyanın enerji bazarlarında sabitliyi artırır. Azərbaycan Türkmənistan və Şərqi Aralıq dənizi ölkələri kimi digər potensial tədarükcülərlə əməkdaşlıq etməklə liderlik rolunu oynaya bilər. İndi ölkənizin uğurlarından danışmağın əsl zamanıdır”,-deyə, Trampın məktubunda qeyd olunur.
 
“Birləşmiş Ştatlar sizin xarici sərmayəni cəlb edəcək və innovasiyaları stimullaşdıracaq iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı səylərinizi dəstəkləyir. Azərbaycanın iqtisadi uğurları bütün bölgədə sabitliyi təmin etməyə yardım göstərəcək”,-deyə o, əlavə edib.
 
Respublika günü (28 May) münasibətilə göndərdiyi ikinci məktubda D.Tramp “Azərbaycanın beynəlxalq təhlükəsizliyə və onun liderliyinin Cənubi Qaz dəhlizi vasitəsilə Avropanın enereji təhlükəsizliyinin möhkəmlənməsinə verdiyi töhfəyə” görə minnətdarlığını bildirir.
 
“Azərbaycan artıq daha çox inkişaf etməkdə və öz tarixi ərzində dünya iqtisadiyyatı ilə daha sıx bağlıdır”,-deyə Donald Tramp Xəzər neft-qaz sərgisinin 26-cı illiyi münasibətilə göndərdiyi məktubda bildirir.
 
“Cənub qaz kəməri daxil olmaqla Azərbaycandan neft və qaz çıxarılması dünyanın enerji bazarlarında sabitliyi artırır. Azərbaycan Türkmənistan və Şərqi Aralıq dənizi ölkələri kimi digər potensial tədarükcülərlə əməkdaşlıq etməklə liderlik rolunu oynaya bilər. İndi ölkənizin uğurlarından danışmağın əsl zamanıdır”,-deyə məktubda qeyd olunur.
 
“Birləşmiş Ştatlar sizin xarici sərmayəni cəlb edəcək və innovasiyaları stimullaşdıracaq iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı səylərinizi dəstəkləyir. Azərbaycanın iqtisadi uğurları bütün bölgədə sabitliyi təmin etməyə yardım göstərəcək”,-deyə o, əlavə edib.
 
Respublika günü (28 May) münasibətilə göndərdiyi ikinci məktubda D.Tramp “Azərbaycanın beynəlxalq təhlükəsizliyə və onun liderliyinin Cənubi Qaz dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə verdiyi töhfəyə” görə minnətdarlığını bildirir.
 
O, həmçinin ümumi maraqlar üzərində qurulan ABŞ-Azərbaycan arasında münasibətlərin möhkəmliyi xususi vurğulamaqla yanaşı İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu nizamlanmasında ATƏT-in Minsk qrupu prosesindəki şəxsi rolunu qeyd edib.
 
Cənub Qaz kəmərinə ABŞ-ın dəstəyinin dəfələrlə dilə gətirilməsi Tramp administrasiyası tərəfindən Azərbaycanın “Şimal-Cənub və Şərq-Qərb nəqliyyat kəmərlərinin əsas nöqtəsi olduğunu, habelə İlham Əliyevin söylədiyi kimi, Asiya və Avropa arasında unikal körpü rolu oynamasını anladığını göstərir.
 
Təxminən bir il öncə Azərbaycanın rəhbərliyi altında irəli sürülən Cənub Qaz kəməri Rusiyanın yandan keçərək Qərbin Rusiya qazından asılılığını olduqca azaltmağa yönəlik hesablanıb. 41,5 milyard dollarlıq həcmindəki bu layihə 7 ölkədə 2200 millik (3540 km) ərazini əhatə edir. Onun 3 bir-birinə birləşmiş boru kəməri Azərbaycanın “Şahdəniz- 2” qaz yatağındakı təbii qazı ötürəcək ki, bu da rəsmi Bakını Avropanın energetik xəritəsinin yenidən qurulmasında aparıcı oyunçuya çevirəcək.
 
ABŞ dövlət katibinin enerji məsələr üzrə köməkçisi Frank Fannonun sözlərinə görə, Moskva Rusiyanın Avropadakı enerji monopoliyasının Vaşinqton tərəfindən təkcə qitəyə amerikan qazını göndərməsinə görə deyil, həm də onun Cənub Qaz kəmərinə verdiyi dəstəyə görə qorxur.
 
Eyni zamanda CQK, habelə Azərbaycanla energetik əlaqələrinin strateji əhəmiyyəti İranla gərginliyin nəticəsində neft qiymətlərinin qeyri-sabitliyi ilə bağlı ekspertlərin proqnozları fonunda daha çox üzə çıxacaq. Bundan başqa, Azərbaycan həm İranla, həm də Rusiya ilə sərhədi olan yeganə ölkədir.
 
Donald Trampın yolladığı məktublar onun rəhbərlik etdiyi administrasiyanın Azərbaycanı Avropadan Asiyaya və onların arasında yerləşən bütün məkanın mərkəzi elementi kim qəbul etməsinin əlamətləridir. Azərbaycanla daha dərin əlaqələr dəyişkən geopolitk dinamikasında ABŞ-ın strateji vəzifələrinin az qala yeganə həll olunmalı vəzifəsinə çevrilib. Hər bir halda Vaşinqtonun Bakıda ciddi dayaqları mövcuddur.

Загрузка...
Загрузка...