Trampa gözdağı, Türkiyəyə dəstək!

Baxış sayı: 
50
1  
0  

Avropa Birliyi ölkələrini təmsil edən 30 lider və Asiyalı 21 tərəfdaşı iki ildən bir keçirilən sammitdə görüşüb. Sammitdə Çin dövlət şurasının partiya katibi Li Keçiang da iştirak edib.
 
51 lider, ABŞ prezidenti Donald Trampın ayrılacağı hədələdiyi Dünya Ticarət Təşkilatına tam dəstək verdiklərini nümayiş etdirib və həmçinin iqlim dəyişikliyi ilə bağlı məsələləri müzakirə edib.
Qlobal ticarət həcminin 55 faizini təmsil edən liderlər, azad ticarəti müdafiə və hər cür proteksionist siyasətə qarşı mübarizə məsələlərini vurğulayıb.
Qeyd edək ki, Tramp, ABŞ-ın qlobal ticarət şəraitində olduqca pis rəftar gördüyünü və Dünya Ticarət Təşkilatının bu yanaşmaya məsuliyyət daşıdığını söyləmişdi. ABŞ-ın proteksionist siyasəti çərçivəsində ABŞ və Çin qarşılıqlı olaraq ticari sanksiya qərarları almışdı.
Sammit çərçivəsində Avropa Birliyinin ən səlahiyyətli şəxslərindən biri, "Bu, Avropa Birliyinin Brexit-dən daha böyük olduğunun və Avropanın Vaşinqtondan başqa müttəfiqlərinin də olduğunun bir mesajıdır" açıqlamasını edib.
 
TÜRKİYƏ İLƏ ƏLDƏ OLUNAN RAZILAŞMA QORUNACAQ
 
Brüsseldə toplaşan Avropa İttifaqı dövlət və hökumət başçıları sammitinin ikinci günündə köç və daxili təhlükəsizlik məsələsi müzakirə edilib. Miqrasiya probleminə çözüm arayan Avropalı liderlər yekun bəyannaməsində miqrasiya məsələsində başlanılan işlərin davam etdirilməsi lazım olduğunu bildirib. 2015-ci il oktyabr ayından bu yana qeyri-qanuni yollardan keçərək Avropa Birliyi ərazisinə daxil olan insan sayının 95 faiz azaldığı ifadə edilib. Xüsusilə Türkiyə ilə aparılan mühacirət müqaviləsinin qorunması və davam etdirilməsi lazım olduğu qeyd edilib.
Sammitin yekun bəyannaməsində Avropa Birliyi ilə Türkiyə arasında 2016-ci ildə imzalanan mühacirət müqaviləsinin tam mənada həyata keçirilməsi üçün daha çox səy sərf edilməsi lazım olduğu qeyd olunub.

Загрузка...
Загрузка...