​Tramp özü Ərdoğana dedi ki... – Çavuşoğlu DETALLARI AÇDI

Baxış sayı: 
39
0  
0  

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “F-35” qırıcılarının Türkiyəyə çatdırılması mövzusundan danışıb.
Turaninfo.org “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Brüsseldə keçirilən NATO xarici işlər nazirləri toplantısı çərçivəsində jurnalistlərə danışan nazir hazırda hər hansı problemin olmadığını bildirib.
“ABŞ prezidenti Donald Tramp ilə prezidentimiz Rəcəb Tayyib Ərdoğan G20 sammitində “F-35” mövzusunu müzakirə etdi. Tramp özü mövzunu açdı və Türkiyənin bu layihənin əhəmiyyətli oyunçularından biri olduğunu söylədi. Təyyarələrin Türkiyəyə çatdırılmasının ləğvi müzakirə mövzusu deyil, hazırda bir problem görmürük”, - Türkiyənin xarici siyasət idarəsinin başçısı deyib.
Qeyd edək ki, Türkiyə ən azı 100 ədəd “F-35 Lightining II” beşinci nəsil qırıcısı əldə etmək niyyətindədir. “F-35”-lər çoxmillətli proqram çərçivəsində istehsal edilir. Türkiyə proqrama 2002-ci ildə qoşulub.

Загрузка...
Загрузка...