Tramp niyə "Facebook"a müharibə elan etdi – Ərəstun Oruclunun şərhi

Baxış sayı: 
81
3  
0  

 
“Əslində bu günkü icra sərəncamı ilk baxışdan ciddi bir şey deyil.  Amma hamı başa düşür ki….”
 
 
ABŞ-a məxsus “Facebook” şirkətinin yaradıcısı və sahibi Mark Zukerberg ölkədə sosial şəbəkələrin fəaliyyəti üzərində nəzarətin gücləndirilməsini dəstəkləmir. Onun fikrincə, bu, senzuraya gətirib çıxaracaq.
 
 
 
“Fox News” telekanalına müsahibə verən M.Zukerberg prezident Donald Trampın mayın 27-də sosial şəbəkələr üzərində nəzarəti gücləndirəcək qanunu imzalayacağı barədə verdiyi açıqlamaya münasibətini bildirib: “Mənə onun məhz nə etmək istədiyini anlamaq lazımdır. Ümumilikdə hakimiyyətin hansısa platformanı nəzarətə götürmək qərarını mən düzgün reaksiya hesab etmirəm”.
 
 
“Facebook” rəhbəri qeyd edib ki, bir çox hallarda sosial şəbəkələri həm hansısa materialı yaydığına, həm də yaymadığına görə qınayırlar.
 
Qeyd edək ki, mayın 27-də “Twitter” şəbəkəsində Trampın paylaşımlarından birinin üzərində oradakı məlumatların mötəbər olmaya biləcəyi və əlavə yoxlanmaya ehtiyacı olduğuna dair işarə ilə yayılıb. Həmin statusunda Tramp noyabrda keçiriləcək prezident seçkilərində poçtla səsverməni təklif edən demokratların seçkidə fırıldaqçılığa çalışdıqlarını yazmışdı.
 
Twitter CEO defends company after Trump's discrimination claims ...
 
Bu gün məsələ ilə bağlı öz səhifəsində açıqlama verən “Twitter”in sahibi Cek Dorsi yalan olduğu ehtimalı böyük olan məlumatlara müvafiq işarənin qoyulmasına davam edəcəklərini yazıb: “Şirkətin fəaliyyətinə görə məsuliyyət daşıyan şəxs mənəm. Xahiş edirəm, bizim əməkdaşları bu prosesdən kənarda saxlayın. Biz bütün dünyada seçkilərlə bağlı qeyri-korrekt və mübahisəli məlumatları uyğun işarələməyə davam edəcəyik”.
 
“The Washington Post” qəzeti Trampın bu gün sosial şəbəkələrə nəzarətin gücləndirilməsini nəzərdə tutan əmr imzalaya biləcəyini yazıb. Hazırlanan sənədin ilkin variantında sosial şəbəkələrin siyasi qərəzliliyi ilə bağlı şikayətlərə Ticarət üzrə federal komissiyada baxılması nəzərdə tutulur.
 
“New York Post” qəzeti isə “Twitter”in yalnız Trampa qarşı belə addım atmadığını sübut edən materialla çıxış edib. Belə ki, mayın 27-də “Twitter” Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litsizyanın iki statusunu eyni işarə ilə yayıb.
 
"Twitter" şirkətinin rəhbərliyi ABŞ prezidenti Donald Trampın sosial şəbəkələr haqqında fərmanını "irticaçı və siyasiləşdirilmiş" adlandırıb.
 
"Report" xəbər verir ki, müvafiq bəyanat eyniadlı sosial şəbəkənin səhifəsində yayılıb.
 
Bəyanatda bildirilir ki, ABŞ-ın əxlaq haqqında 230 qanunun bölməsi "Amerika innovasiyalarını və fikirlərin ifadəsi azadlığını müdafiə edir". Qeyd edilir ki, Trampın birtərəfli qayda ilə yeni nizamasalma cəhdləri internetdə söz azadlığını təhdid edir.
 
Daha əvvəl Tramp sosial şəbəkələrin işinin nizama salması haqqında fərmanı imzalayıb. Dövlət başçısı bildirib ki, müəyyən şərtlərdə "Twitter" şirkətinin bağlanmasını güman edir.
 
Maraqlıdır, Tramp sosial şəbəkə ilə müharibədən qalib çıxa biləcəkmi? Onun bu addımlarının arxasında nə dayanır?  Amerika demokratiyası, qanun və məhkəmələr bu “kaprizli qoca”nın istəklərinə boyun əyəcəkmi?
 
Ərəstun Oruclu: Hakimiyyət Azərbaycan xalqına yad bir kütlə kimi ...
 
Politoloq, “Qərb-Şərq” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu musavat.com-a açıqlamasında bildirdi ki, öncə D.Trampın imzaladığı o məlum sərəncamın səbəblərinə baxmaq lazımdır. Müsahibimizin sözlərinə görə, D.Tramp dəfələrlə sosial şəbəkələrdə yoxlanılmamış, özünün çox subyektiv yanaşmasını ifadə edən paylaşımlar edib. Bu, əsasən Twitter üzərindən özünü göstərib: “Twitterin isə diskriminasiya, dezinformasiya, ayrı-seçkilik, böhtan və sair kimi paylaşımları qeyd etmək və yeri gələndə hətta onları silmək səlahiyyətləri var. Twitter onun bir neçə paylaşımını işarələmişdi. O işarələmə də onu göstərirdi ki, orda qeyd olunanlar dəqiq informasiyaları özündə əks etdirmir.
 
Təbii ki, Donald Trampda da adətən elə bir şeyin ona qarşı olmasından qıcıq yaranır və yaratdı da. Hətta jurnalistlər qarşısında çəkinmədən dedi ki, Twitteri bağlayacağıq və bunu etmək üçün hansı qanuni imkanlar varsa  onu araşdıracağıq. Bu da sırf ədavətdir. Tramp  "tweet"lərinin etibarlı mənbəyə istinad etmədiyi üçün işarələnməsini haqsız olaraq diskrimiasiya kimi dəyərləndirdi. İlk növbədə özünə və Respublikaçılar Partiyasına qarşı diskriminasiya kimi qiymətləndirdi. Çünki Respublikaçılar Partiyasınn dairələrində belə yanaşmalar var ki, bütün sosial şəbəkələr daha çox demokratlara yaxındılar və respublikaçılara qarşı diskriminasiya edirlər. Amma bu, yanlışdır. Çünki dünən respublikaçılara yaxın “Nyu York Post” qəzeti başqa nümunələr gətirib. Twitter daha öncə dəfələrlə bir çox xaici dövlət rəsmilərinin paylaşımını şübhəli kimi qiymətləndirib. Yəni, bu, təkcə Trampa özəl durum deyil. Son nəticədə bu, icra sərəncamı çıxdı”.
 
 
Ə.Oruclu eyni zamanda Twitterin bu məsələdə tutduğu konkret mövqeyi də yada saldı. Dedi ki, orda bu qərarın əslində Amerikada “Kommunikasiya etikası qanunu”nun 240-cı bölümünə zidd olması öz əksini tapıb: “Bu, senzura tətbiqidir, ifadə azadlığını məhdudlaşdırmaq üçün ortaya atılıb. Məsələ böyüməkdədir. Bu, konfliktin başlanğıcıdır. Trampın ədliyyə naziri Bill Barrdır bir sıra məsələlərdə açıq-aydın göstərdi ki, ptezidentin tapşırıqlarını qeyd-şərtsiz yerinə yetirir. Bu, Amerika siyasəti üçün qeyri-adi haldır. Ondan əvvəlki ədliyyə naziri məhz Trampla bağlı bəzi məsələlərdə qanunun mövqeyini üstün tutduğu üçün istefaya getdi. Ədliyyə naziri statusunda bir şəxsin qanunun yox, prezidentin tərəfini tutması nadirdir”.
 
 
 
Ə.Oruclu hesab edir ki, D.Tramp tərəfindən təyin olunan yeni hakimlər arasında mühafiəzlkar çoxluğun yaranması narahatlıq doğrurur. Onun sözlərinə gorə, bu, senzuranın tətbiqinə səbəb ola, sosial şəbəkələrin fəaliyyətinə maneələr yarada bilər: “Əslində bu günkü icra sərəncamı mahiyyət etibarilə ilk baxışdan ciddi bir şey deyil.  Amma hamı başa düşür ki, bu, gələcəkdə daha ciddi addımların atılmasına səbəb ola bilər. İndidən hamıda narahatlıq doğurur. O əsaslar olmadığından indi onu yaratmağa çalışırlar. Amerika siyasəti qütbləşib. Ölkədə müəyyən dinc, əmin-amanlıq şəraitində keçən toqquşmalar müşahidə olunur. Pandemiyanın, onun yaratdığı səbəblərin, işsizliyin, işsizlərin sayının 40 milyonu keçməsi bu gərginliyə səbəb kimi göstərilir. Bu da Tramp üçün gələcəyə yaxşı heç nə vəd etmir. Belə bir şəraitdə özünü həddən artıq çox sevən bu adam ikinci dönəm prezident olmaq istəyir. Bu səbəbdən də belə cəhdləri etməsini görəcəyik”.
 
Ə.Oruclu xatırlatdı ki, ABŞ qanunvericiliyinə görə, federal hakimlərin prezdientin sərəncamını ləğv etmək səlahiyyəti var. Əgər prezidentin sərəncamı ABŞ konstitusiyasına uyğun deyilsə, ona ziddirsə, bu prosedur həyata keçirilir: “Daha öncə bənzər təcrübə Tramp hakimiyyətə yeni gəldiyi dönəmdə baş verib. Həmin vaxt Tramp 7 müsəlman ölkəsi vətəndaşlarının ölkəyə girişinə yasaq tətbiq etmişdi və bu qərarı federal hakimlər ləğv etmişdi”.
 
Sevinc TELMANQIZI,
Musavat.com

Загрузка...
Загрузка...