“Tramp mənə cinsi təcavüz edib” – Nyu Yorkda şok məhkəmə

 
ABŞ Prezidenti Donald Tramp 2007-ci ildə mənə cinsi təcavüz edib.
 
Teleqraf.com xəbər verir ki, bu iddia ilə ABŞ-da Summer Zervos adlı xanım çıxış edib. O, prezidenti məhkəməyə verdiyini bildirib.
 
Dünən Nyu Yorkun əyalət məhkəməsi Prezident Trampa qarşı bu iddia əsasında məhkəmə prosesinə başlayıb-başlamayacağını müzakirəyə çıxarıb.
 
Summer Zervos bildirib ki, o, Trampın keçirdiyi “Çıraq” adlı yarışma proqramına qatılanlardan biri olub:
 
“2007-ci ildə karyera imkanları ilə bağlı Trampla görüşdüm. O, sinəmi əlləyərək mənə cinsi təcavüz etdi”.
 
Summer Zervos bu iddianı 2016-cı ildə Donald Tramp ABŞ-da prezident seçkilərinə qatıldığı və təbliğat kampaniyasına başladığı ərəfədə irəli sürüb.
 
Tramp isə bu iddiaya cavab olaraq Summer Zervosu “mülk sahibi olan yalançı” adlandırıb.
 
Məhkəmə prosesində prezidentin müdafiə qrupunun rəhbəri Mark Kasovitz də çıxış edib. Vəkil deyib ki, yerli məhkəmənin prezidenti ittiham etmək səlahiyyəti olmadığından bu iddia icraata götürülə bilməz.
 
Məhkəmə isə bu haqda daha sonra qərar verəcəyini bildirərək prosesə ara verib.
 
Müəllif: Cavad

Загрузка...
Загрузка...