Tramp İranla müharibəyə başlaya bilməyəcək

Baxış sayı: 
58
1  
0  

ABŞ Konqresinin iki üzvü hərbi büdcəyə düzəliş təklif ediblər.
 
Turaninfo.org “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, düzəliş prezident Donalda Trampa İrana qarşı hərbi əməliyyata başlamağa icazə verilməməsini nəzərdə tutur.
 
Düzəliş təklifi ilə konqresmenlər Ro Hanna və Mett Qets çıxışı ediblər. Konqresmenlər xatırladıblar ki, prezident seçkiqabağı kampaniyası zamanı xaricdə bahalı müharibələri başa çatdıracağına söz versə də, bu vədi yerinə yetirmir.
 
Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti onda Konqresin razılığı olmadan İrana qarşı müharibəyə başlamaq üçün kifayət qədər səlahiyyətlərin olduğunu bildirmişdi.

Загрузка...
Загрузка...