​Tramp erməniləri təbrik etməyi niyə “unutdu”? – İlginc səbəb

Baxış sayı: 
107
3  
0  

 
Bu gün Azərbaycanda Cümhuriyyət Günü qeyd edilir. İki gün öncə - mayın 26-da isə qonşu Gürcüstan Respublika Gününü qeyd etmişdi. Artıq məlumdur ki, ildönümlə bağlı ABŞ prezidenti Donald Tramp həm Azərbaycan, həm də Gürcüstan prezidentlərinə təbrik məktubu göndərib. Hər iki məktubda Birləşmiş Ştatlarla ölkələrimiz arasında əlaqələrə xüsusi önəm verildiyi “qırmızı xətt” kimi keçir.
Tarixin kinayəsinə bax ki, bu gün işğalçı və terrorçu Ermənistan da “respublika günü”nü qeyd edir. Hərgah, 102 il sonra da Rusiyanın ucqar əyaləti və Kremlin bölgədəki maşası qismində qalan, heç bir dövlət atributuna malik olmayan bir ölkənin xalqı respublika bayramını zərrəcə haqq eləmir.
 
Heç şübhəsiz, ən əvvəl bu səbəbdən Ağ Evdən İrəvana, Ermənistanın prezidenti Armen Sərkisyana, yaxud iki ildir özünü Qərbə demokrat kimi sırımağa çalışan, lakin Kremlin sadiq iti kimi qalan baş nazir Nikol Paşinyana təbrik göndərməyə lüzum görməyiblər – ermənilər Trampın “unutqanlığı”nın səbəbləri üzərində baş sındırmağa çalışalar da.
 
Necə deyərlər, özünə öz azadlığına hörmət qoymayanlara başqaları heç hörmət qoymaz.
 
“Nədən ABŞ Prezidenti Donald Tramp Azərbaycanı və Gürcüstanı Müstəqillik Günü münasibəti ilə təbrik etdi, ancaq Ermənistanı təbrik etməyi “unutdu?” Belə bir ritorik sualı erməni politoloq Suren Sarkisyan səsləndirib (Axar.az).
 
Amerikalı politoloq Teodor Karasik isə ABŞ prezidentinin “unutqanlığında” hər hansı siyasi çaların olub-olmaması barədə suala cavabında deyib ki, Ermənistan ABŞ siyasi isteblişmentinin gündəmində deyil. “Ermənistan Rusiyanın müştərisidir. ABŞ prezidenti niyə öz əsas rəqibinin müttəfiqinə təbrik göndərsin ki? Bundan əlavə, Ağ Evi Liviyadakı hərbi əməliyyatlar aparan Türkiyə və onun dostları daha çox maraqlandırır. Azərbaycan və Gürcüstan isə coğrafi və iqtisadi cəhətdən bir-biri ilə çox sıx bağlıdır və buna görə hamı ayrı-ayrılıqda deyil, eyni vaxtda bu iki ölkəyə diqqət yetirir”, - deyə politoloq qeyd edib.
 
Gürcüstandakı Suxumi Universitetinin professoru Guram Marhuliya da bənzər mövqedədir. Onun sözlərinə görə, ABŞ üçün Ermənistanı sırf Rusiyanın yumşaq qarın altısındakı “Trojan atı” kimi maraq kəsb edir.
 
“Prezident Trampın İrəvana təbrik göndərməməsi sonuncunun Amerika üçün maraq kəsb etmədiyinin göstəricisidir. ABŞ prezidenti praqmatikdir və Ermənistana yalnız layiq olduğu qədər diqqət yetirir. O Ermənistan ki, onun rəhbərliyi 2, hətta 3 stulda oturmağa çalışır və eyni anda Amerika, Qərb və Rusiyanın maraqları ilə oynayır. Rusiyanı Qərblə, Qərbi isə Rusiya ilə şantaj etməyə çalışmaq isə həyasızlığın ən yüksək həddidir. Xainlərə heç kim dəyər vermir - sadəcə, onlardan istifadə edir, bəzən də acından ayaqlarını uzadıb ölməmələri üçün bir azca yemləyirlər. Bundan artıq deyil. Necə deyərlər, ermənilər nəyin uğrunda mübarizə aparırdılarsa, ona da çatıblar”, - deyə gürcü analitik əlavə edib.
 
Necə deyərlər, əlavə şərhə yer qalmır.
 
 
 
Siyasət şöbəsi,
Musavat.com

Загрузка...
Загрузка...