Tramp: Bu, tək cavab variantıdır

Baxış sayı: 
78
3  
0  

Meksika qeyri-leqal miqrantların ABŞ-a axınının qarşısını ala bilməsə, Vaşinqton bu ölkə ilə sərhədini tamamilə və ya qismən bağlamağa hazırdır.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp jurnalistlərə bildirib.
“Əgər biz Konqreslə razılaşmasaq və ya əgər Meksika onu etməsə biz sərhədi bağlayacağıq. Yaxud da sərhədin bəzi hissələrini bağlayacağıq. Amma bu, tək cavab variantıdır və mən bunu birmənalı etmək niyyətindəyəm", - o deyib.
Tramp etiraf edib ki, bu, Amerika iqtisadiyyatına mənfi təsir edəcək. Amma prezidentin sözlərinə görə, təhlükəsizlik hər şeydən daha əhəmiyyətlidir.
“Bizdə ya möhkəmləndirilmiş, ya da bağlı sərhəd olacaq”, - Tramp əlavə edib.
Onun fikrincə, sərhədin bağlanması yüz milyonlarla dollar dəyərində narkotikin axınını dayandıracaq.
                

Загрузка...
Загрузка...