Toylara qoyulan qadağa götürülsə, Məhərrəmlik ayında toy edərsiniz? VİDEOSORĞU

Baxış sayı: 
108
1  
0  

 
Ölkəmizdə koronavirus səbəbi ilə mart ayının 15-dən toyların keçirilməsinə qadağa qoyulub. Son günlər karantin rejimi yumşaldılsa da, toylarla bağlı qadağa qalmaqdadır.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi son brifinqdə İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf də toylarla bağlı qadağanın yaxın günlərdə ləğv edilməyəcəyini deyib: “Toylarda, adətən çoxlu sayda insan qapalı məkana toplaşır. Yəqin ki, bu qərar 1 və 2-ci mərhələdə olmasa da, müəyyən dövrdən sonra veriləcək. Yenə hər şey epidemioloji vəziyyətdən və sahibkarlıq subyektlərinin qaydalara necə əməl etməsindən asılı olacaq”.
 
Məlum olduğu kimi avqustun 21-dən etibarən Məhərrəmlik ayı başlayır və oktyabrın 17-si bitir.
 
Bəs, Bakı sakinləri toylara qoyulan qadağalar haqqında nə düşünür? Sentyabrdan etibarən qadağalar götürülsə, Məhərrəmlik ayında toy edərlər və ya toylara gedərlərmi?
 
"TV Musavat"ın əməkdaşları olaraq bu haqda paytaxt sakinləri arasında videosorğu keçirdik. Respondentlərin maraqlı cavablarını aşağıdakı videosorğudan izləyə bilərsiniz.
 
 
 

Загрузка...
Загрузка...