​Toylara 13 min dollara gedən Azərbaycanlı müğənni kimdir?

Baxış sayı: 
147
0  
0  

 
Nuri Sərinləndirici Azərbaycan müğənniləri arasında ən yüksək məbləğlə çalışan sənətçidir.
Turaninfo.org saytı milli.az-a istinadən xəbər verir ki, ifaçı Bakı şəhərində keçirilən toy məclisini idarə etmək üçün 13 min dollar (22100 manat – red.) qonorar tələb edir. Bu qiymətə canlı orkestr daxildir. N.Sərinləndirici toylarda Jane Shroke adlı əcnəbi müğənni ilə iştirak edir. Qeyd edək ki, onlar uzun müddətdir duet ortağıdırlar. Bir müddət öncə isə cütlüyün artıq ailə həyatı qurduğu bəlli olub.
Nurinin məclislərini isə tanınmış teleaparıcı, hazırda İTV kanalında çalışan Lamiyyə Ələkbərqızı idarə edir. O, həmçinin müğənninin prodüserlik işləri ilə məşğuldur.

Загрузка...
Загрузка...