Toy günü əri öldürülən gəlini bəyin qardaşı ilə evləndirdilər - VİDEO

Baxış sayı: 
37
1  
0  

Toy günü faciə ilə üzləşən gəlinin həyatından bəhs edən “Yad gəlin” serialı bu gündən yayımlanmağa başlayacaq.
 
Publika.az xəbər verir ki, ARB telekanalında yayımlanacaq serialda aktrisa Günəş Mehdizadə, Həsən Ağa, həmçinin Əməkdar artistlər Kəmalə Müzəfər, Nəsibə Eldarova, Eldəniz Rəsulov və başqaları çəkilir. Dram janrında olan serialın ssenaristiləri Nicat Dadaşov, Pərviz Seyidli, Sara Bayramova, rejissoru isə Qulu Əsgərovdur.
 
Serial iki ailə arasında illər öncə baş vermiş ədavətdən danışılır. Bu ədavətə son qoymaq üçün ailələr qohum olmağa qərar verir. Toy günü bəy öldürülür. Bu zaman ailələr arasında qərəz daha da gərginləşməsin deyə, gəlini ölən bəyin digər qardaşı ilə evləndirirlər. Gəlin getdiyi evdə daim kin, nifrət görən gənc xanım bütün olanlara ailəsinin xatirinə dözür və zamanla gənclər arasındakı bu nifrət böyük məhəbbətə çevrilir.
 
Qeyd edək ki, serial 16 sentyabr 19:00-dan etibarən həftəiçi dörd gün (bazar ertəsindən cümə axşamınadək) ARB telekanalında yayımlanacaq.

Загрузка...
Загрузка...