Toy gecəsi gəlinə sevgi macəralarını danışdı – Yazıçıların gizli həyatı

Baxış sayı: 
61
1  
0  

 
Robert Şnakenberg özünün “Yazıçıların gizli həyatı” adlı kitabında qələm adamlarının naməlum tərəflərini araşdırıb.
 
Teleqraf.com həmin kitabdan bəzi yazıları təqdim edir. İlk müəllif dahi Lev Tolstoydur.
 
Lev Tolstoy 9 sentyabr 1828-ci ildə Rusiyanın Tula quberniyasının Yasnaya Polyana kəndində anadan olub. Ən önəmli əsərləri “Anna Karenina”, “Hərb və Sülh” romanlarıdı.
 
Yazıçının tapılan gündəliyindəki yazılardan bəlli olur ki, ölümə böyük həssaslıqla yanaşıb. Varlı ailədə doğulan Tolstoyun Puşkinlə uzaq qohumluğu vardı. O, həmçinin monqol əsilli idi.
 
Sonya ilə evləndikləri gün Tolstoy 34, Sonya isə 18 yaşında idi. Toy gecəsi Tolstoy Sonyanı və digər qadın qulluqçuları bir araya toplayıb qadınlarla olan cinsi macəralarını danışır və onlarla bağlı gündəliyi oxutdurur. Onun dürüstlük anlayışı idi bu. Sonya isə bu məlumatları yersiz və artıq hesab edirdi. Sonya ertəsi gün gündəliyində həmin “iyrənc” günlə bağlı diksinti duyduğunu yazmışdı.
 
Tolstoy ət yeməklərini menyusundan çıxardıqdan sonra qatı vegetariana çevrildi. Yulaf lopası, çörək, tərəvəz şorbaları ilə qidalanırdı. O, hətta içkini və tütünü də tərgidərək kəndlilərə də eyni cür hərəkət etməyi tövsiyə etdi.
 
“İnsan niyə özünü uyuşdurar?” adlı məqaləsində yazıçı qeyd edirdi ki, içki və tütün insanların hüzursuz vicdanlarını uyuşdurmaq üçün istifadəyə buraxılıb. Tolstoy mənəviyyatlı olmaqla yanaşı həm də soyuq adam idi. Ən yaxını, qardaşı Dmitriyə qarşı da... Əxlaqsız həyat sürdüyü və Tanrıya arxa çevirdiyi üçün ölüm yatağında olan qardaşına belə baş çəkmədi.
 
Sonralar yazıçı bu haqda belə yazırdı: “Onun ölümü ilə bağlı məni narahat edən tək şey saraya, dəvət olunduğum bir tədbirə getməyimə əngəl olması idi”.
Tolstoyun soyuq rəftarı ilə üzləşən digər adam isə onun yazıçı dostu İvan Turgenev idi. Uzun müddət dost olmalarına rəğmən Tolstoyun tərs davranışı ucbatından bir-birindən uzaqlaşmalı oldular.
 
İki yazıçının son münaqişəsi bir tədbirdə baş verir. Şirin söhbət zamanı birdən Tolstoy Turgenevi qızını tərbiyələndirmək və yetişdirməklə bağlı tənqid etməyə başlayır. Qeyd edək ki, Turgenevin qulluqçusundan qeyri-qanuni doğulmuş qızı vardı. Tolstoy ona deyir: “Sənin qanuni uşağın olsaydı, onu başqa cür tərbiyələndirərdin”.
 
Bu sözdən hirslənən Turgenev oturduğu masadan dik atılıb bağırır: “Bu cür danışmağa davam eləsən üzünə şillə yapışdıracam!”.
 
Həmin axşamkı dava onların arasında kini, nifrət daha da gücləndirir. Tolstoy onu duelə çağırır. Hətta Tolstoy tapançalarını belə gətirdir. Ancaq iki nəhəng yazıçının dueli baş tutmur.
 
Bu hadisədən sonra onlar bir də heç vaxt bir-birlərini danışdırmadılar. Turgenev dostuna belə təklif etdi: “Ayrı-ayrı planetlərdəyik kimi yaşayaq”.
 
Evləri yaxın olsa da yerlə göy qədər gen gəzib dolaşdılar. Nəhayət, Tolstoy dinə gələndən sonra qəlbini qırdığı insanlardan ibarət uzun bir siyahı hazırlayıb onlardan üzr istədi. Turgenev onun üzrünü qəbul etdi, ancaq dostluq bərpa olunmadı.
 
Tolstoy kult yazıçı idi. Ömrünün sonlarına yaxın onun evinin ətrafında yüzlərlə insan çadır qurmuşdu. Yazıçının adicə plaşına belə toxunmaq istəyirdilər.
Tolstoy ömrünün sonuna kimi ənənələri rədd elədi. Ölüm döşəyində olanda dostları onu Rus Ortodoks Kilsəsi ilə barışmağa məcbur etsələr də yazıçı bunu heç vaxt qəbul etmədi. “Ölüm kölgəli vadidə belə 2+2=6 etməz” dedi.
 
Tolstoyun bu son sözlərini təsirli hesab etməsələr də onun sözləri şifrəli hesab olunur.
 
Müəllif: Dəniz Pənahova

Загрузка...
Загрузка...