Tovuz sakinini cərəyan vuraraq öldürüb

Baxış sayı: 
74
2  
0  

Tovuz rayonunda 37 yaşlı kişini cərəyan vurub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, rayon sakini, 1983-cü il təvəllüdlü Nəsimi Sadıqovu ehtiyatsızlıqdan elektrik cərəyanı vurub.

O, yaxınları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin tibbi müayinəsindən sonra onun öldüyü məlum olub.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

 
Загрузка...
Загрузка...