"Tottenhem"in prezidenti stadion əməkdaşlarını öz evində işlədəcək

Baxış sayı: 
62
2  
0  

İngiltərə "Tottenhem"inin prezidenti Deniel Levi kluba məxsus stadionun əməkdaşlarını Londonətrafı evində işlətmək niyyətindədir.

"Report"un "The Telegraph"a istinadən verdiyi məlumata görə, Levi fəhlələrə şəxsi qaydada ödəniş etməyə hazırlaşır. Onların klubdakı əmək haqları isə əvvəlki səviyyədə qalacaq.

Daha əvvəl "Tottenhem"in iş yerlərinin saxlanılması üzrə dövlət sistemindən işçilərin əmək haqlarının 80 faizini ödəmək üçün yararlanacağına dair xəbər yayılıb. Bu məbləğ vergi ödəyiciləri hesabına veriləcək.

Qeyd edək ki, hazırda İngiltərə Premyer Liqası koronavirusun yayılması səbəbindən dayandırılıb. Bundan başqa, Belarus istisna olmaqla, Avropa ölkələrinin hamısında çempionat dayandırılıb. Eyni zamanda qitəmiqyaslı yarışlar da təxirə salınıb. 

 
Загрузка...
Загрузка...