"Tonqal” restoranının sahibi HƏBS EDİLDİ - Kütləvi zəhərlənməyə görə

Baxış sayı: 
128
1  
0  

Bakıda baş verən kütləvi zəhərlənmə ilə bağlı həbs edilən “Tonqal” restoranın direktoru İlham Qasımovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Turaninfo.org Teleqraf.com-a istinadən xəbər verir ki, Nərimanov rayon Məhkəməsinin hökmü ilə İlham Qasımov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan İlham Qasımov apelyasiya şikayəti verib. Onun şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılıb və bəraət istəməsi barədə verdiyi şikayət təmin olunmayıb.
Bu qərardan narazı qalan İlham Qasımov Ali Məhkəməyə müraciət edib.
Onun kasasiya şikayəti baxılması üçün hakim İmran Hacıqayıbovun icraatına verilib.
Yaxın günlərdə İlham Qasımovun kasasiya şikayətinə baxılacaq.
Qeyd edək ki, 2018-ci il avqustun 11-də Nərimanov rayonunda fəaliyyət göstərən “Tonqal” restoranında 3-ü azyaşlı olmaqla 13 nəfər qidadan zəhərlənib.
Zəhərlənmə ilə bağlı Bakı şəhər Prokurorluğun cinayət işi başlanıb.
İlham Qasımov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
                                                                                                       

 

Загрузка...
Загрузка...