Tikinti şirkəti bir mənzili iki nəfərə satıb

Baxış sayı: 
81
1  
0  

Vətəndaş Məmmədov Şaiq Xalid oğlu “Sahil-D Kompany” MMC-nin ona məxsus mənzili ikinci şəxsə satmasından şikayətçidir.

Turaninfo.org xəbər verir ki,Bizimyol.info-ya müraciət edən Ş.Məmmədov bildirib ki, o, 04.12.2012-ci il tarixdə “Sahil-D Kompany” MMC-yə məxsus Xətai rayonu Fəzail Bayramov küçəsi 1156 ünvanında yerləşən 3 saylı yaşayış binasının 22-ci mərtəbəsindən mənzil alıb: “Bunu tikinti şirkətinin mənə verdiyi maliyyə arayışı da təsdiq edir. Həmin sənəddə göstərilir ki, mənə satılan ümumi tikinti sahəsi 101.5 kvadratmetr olan 2 otaqlı 115 saylı mənzilin pay dəyərini tam ödəmişəm. “Sahil-D Kompany” MMC-yə borcum yoxdur”.

Payçı Şaiq Məmmədova məxsus mənzil maliyyə arayışına əsasən 03.11.2015-ci il tarixində Şimşek Mehmetə satılıb. Bu barədə Əmək Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi14 saylı Vəkil Bürosunun sorğusuna verdiyi cavabda qeyd olunub.

“2017-ci ilin may ayının 8-dən “Sahil-D Kompany” MMC-dən aldığım mənzilin təmirinə icazə verilib. Bundan sonra ilin sonuna qədər təmir edərək mənzilə köçmüşəm. Bu ilin avqustun 16-da Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin və Xətai rayon Polis Şöbəsinin əməkdaşları mənzilimə gələrək, ailə üzvlərimi zorla mənzildən bayıra çıxararaq evin qapısını dəyişdiriblər. Səbəb kimi mənzilin Türkiyə vətəndaşı Mehmet Şimşək adlı şəxsə aid olduğu göstərilib. Bizə heç bir sənəd təqdim olunmayıb”,-deyə payçı Şaiq Məmmədov bildirib.

Payçı mülkiyyət hüququnun pozulması iddiası ilə Baş prokurora müraciət edib: “Cənab Baş prokuror, baş verən hadisə mənim Konstitusyon hüquqlarımı kobud şəkildə pozulması və eyni zamanda cinayət hadisəsidir. Əgər mənzil mübahisəlidirsə belə bu, mülki məsələdir və məhkəmə qaydasında öz həllini tapmalıdır. Sizdən xahiş edirəm ki, mənə və ailə üzvlərimə qarşı zorakılıq törədərək mənzilimi əlimdən almağa cəhd edən şəxsləri müəyyənləşdirərək qanun qarşısında cavab verməsini təmin edəsiniz”.

Ramid İbrahimov

 

 

Загрузка...
Загрузка...