Tikinti kralı Əvəz Şükürovun çobanı İmişlidə qətllər törədib

Baxış sayı: 
238
5  
2  

 
 
 
    Tikinti kralı Əvəz Şükürovun çobanı günahsız İkramı öldürdü, sağ qalsa idi, Tofiq Yaqublu taleyini yaşayacaq, həbsə düşəcəkdi.
    Ölkədə özəlləşdirmə proqramı yenidən araşdırılmalıdır.
    09 sentyabr 2020-ci il, İmişli Şəkər Zavodunun qarşısında, Qaralar kənd sakini İkram Pencalı oğlunu tikinti kralı, İmişlini özəlləşdirənlərdən biri Əvəz Şükürovun fermasını idarə edən Şaiq adlı karateçi  qətlə yetirdi. Əvvəlcə Şaiq İkramın köhnə QAZ-24 markalı avtomobilinə arxadan mersedes ilə çırpılıb. Sonra maşından düşüb İkram bəyə amansızcasına zərbələr endirib. İkram bəy xəstəxanaya çatdırılmamış yolda dünyasını dəyişib. İkram bəy sağ qalsa idi, Qarabağ qazisi, hətta, erməni qadınına, körpəsinə rəhm edən, ağlayaraq bağrına basıb döyüş bölgəsindən çıxaran Qarabağ qazisi Tofiq Yaqublu kimi həbs ediləcəkdi.
Ölkədə qanun qazini müdafiə etmirsə, hələ çox günahsız İkramlar öldürüləcək və ya həbsdə olacaq. Onu öldürən Şaiqi RPŞ rəisi də müdafiə etmək istəyib.
Əvəz Şükürov “pələng” çobanını zaminə götürmək istəyib. Aldığımız məlumata görə, rayonun gənc prokuroru Valeh Səmədov rədd cavabı verib. Amma kralların, İmişlini özəlləşdirənlərin dostu, məhkəmə sədri Qurban Hacıyev Əvəz Şükürova yardım etmək istəyib.
     İmişli RPŞ-nin rəisi Füzuli Şıxəliyev mənə məktub göndərib ki, “Rəsmilərə göndərdiyiniz məktubla, tənqid etdiyiniz DAM müfəttişi Xalid Əsədov “imam övladıdır, günahsızdır”. Əvəzin karateçi ferma idarə edəni günahsızdırmı, Füzuli müəllim?
    Ötən ay RİH-nin giriş qapısı qarşısında rəis F.Şıxəliyev məni hədələdi ki: “Sən məndən yazmısan, səni dizi üstə qoyacağam” cavabını həm rəsmilərə, həm “Hürriyyət” qəzeti və “Turaninfo.Az”saytında vermişəm. Rəis şikayətləri dayandırmaq üçün mənə rüşvət təklifi sifariş etsə də, cavabını sərt göndərdim.
    O, Sabirabad rayonundandır. Uzun illər Sabirabadın axundu olmuş Molla Museyib, babam Mirzalının doğmaca əmisi oğlu olub. Sovetdən qabaq babamın 12 əmisi, dayısı oğlanları 25 il İraqın Nəcəf şəhərində oxumuş və məşhur din xadimləri olmuşlar. Ədalətsizliyə qarşı qiyam qanımızdadır.
    Rəisin, İmişlinin Ağammədli kəndindəki mal-qara fermasının şəriki, Sahib Səmədovun qardaşı Saleh adlı birisi 06 iyul 2017-ci il, məni məhkəmə sədri Qurban Hacıyevin vasitəçiliyi ilə beş aylığa həbs etdirmişdi. (C.M-nin 147-i) Üzümə durdurulan üzdəniraq yalançı şahidlər, o biri dünyada inkir-minkirə cavab verirlər. Rəis unutdu ki, mən siyasi məhbusam, həbsxanadan hörmətlə çıxmışam. Eynən Tofiq Yaqublu kimi. Tanrı şəfasını versin, o vaxt hüquq müdafiəçisi, dostum Oqtay Gülalıyev mənim ictimai nümayəndəm idi, hakim Ülvi Qəmbərov Oqtay bəyin vəkalətini tanımadı. Amma Salehin nümayəndəsi Elnur Tağıyev adlı birinin vəkalətini tanıdı. Bu, məhkəmələrin ölkədəki əməllərinin sübutu deyildimi? Sonralar Oqtay bəy Salehin əməllərini ifşa etdi.
    İqtisadiyyat naziri cənab Mikayıl Cabbarov Salehi Meteorologiya və Patent Komitə rəhbərliyindən qovdu.
   Təhsil nazirinə məktub göndərdim. Necə olub ki, Saleh Xalq Təsərrüfatı İnstitutunu bitirdiyi halda, Prezident yanında İdarəetmə Akademiyası diplomunu alıb? Təhsil nazirliyi hələ də cavab verməyib.
    Saleh həm Əvəz Şükürov, həm tikinti kralları Yasəf Hüseynov, həm də Əziz Quliyevlə dostdurlar. İmişlini özəlləşdirənlərin iriləri bunlardır. Dövlət özəlləşdirmə proqramına mütləq təzədən başlamalıdır. Onlar məni həbs etdirməklə nüfuzumu qaldırdılar. Məhkəmə sədrinin isə ferması Ağdaş rayonundadır.
İmam Hüseyn(ə) necə də gözəl deyib: “Ey xəncərlər, ey nizələr, məni istəyirsiniz, gəlin, tutun məni”. Təcridxanada isə istər oğru dünyası, istərsə də rəis heyəti məni hörmətlə qarşıladılar. Hətta rəis Elnur İsmayılov mənə bildirdi ki: “Heç kəs ölümdən, həbsxanadan sığortalanmayıb. Səni həbs etdirənləri, Salehi də, Qurbanı da yaxşı tanıyıram. Sənin kimi ziyalını həbs etdirənlərin...” Artıq V.Hacıyev cənab İsmayılovun sərəncamındadır.
    Əziz Quliyev də 2009-cu il məni CPM-nin 147.2 maddəsi ilə məhkəməyə vermişdi. O vaxt məni Sərdar Cəlaloğlu müdafiə etdi. Məhkəmə mənə 10 prosesdən sonra, yalançı şahidlər vasitəsi ilə bir il icbari hökm, 3 min manat cərimə tətbiq etdi. Cəriməni Apellyasiya məhkəməsi ləğv etdi. Mehriban xanım Əliyevanın əfv sərəncamı ilə icbari hökm ləğv edildi, bağışlanıldı. Həmin iş Avropa məhkəməsinin icraatındadır. Salehi də Avropa Məhkəməsinə qədər aparacağam. Onun spirt zavodu bir traktoristin, avam, cındırından cin hürkən birinin adına imiş. Vergi onu çağırır ki, sən zavodun sahibisən, 10 milyon manat vergidən yayınmısan. Yazıq az qala dəli olacaqmış: “Mənim evim başıma uçur, traktor da Salehindir, zavod da. Diqqətli oxucu! Baxın, ölkənin “kifləri” var-dövlətlərini ya çobanın, ya traktorçunun adına rəsmiləşdiriblər. Mətbuat isə bunların bütün fırıldaqlarını, əməllərini faş edir.
     22 sentyabr 2020-ci il Qarabağ əlili, Cəfərli kənd sakini Salmanov Elşadın iddiası ilə, İmişli rayon məhkəməsində proses olacaq. Onun həyat yoldaşı Salmanova Almaz Vəli qızının müqaviləsiz işlədiyi  “Azər Alko” MMC-də avtokar altında qalaraq öldürülməsi prosesi 4 ildir ki, davam edir. Elşad bəy məhkəmə yollarında qalıb. Bu amil də göstərir ki, Saleh çox adamların evini yıxıb məhkəmə yollarında qoyub. Həm də işlətdiyi işçiləri müqaviləsiz işlətdiyi üçün vergidən yayınıb. Vergi nazirliyi hələ də zavodu yoxlayır. Zavodun isə traktorçunun adına keçirilməsi prosesini isə DTX, Korrupsiya İdarəsi nəzarətə götürməlidir.

Bunlar  İmişlini özəlləşdirənlərdir.
 

                                            
  Məhbub Zülfüqarlı
                                    

14.09.2020-ci il

Загрузка...
Загрузка...