Təhsil nazirinin gizli hesabları üzə çıxdı... - Müavini də hədəfdədir...

Baxış sayı: 
62
1  
0  

Azərbaycanın 47 yaşlı təhsil naziri Ceyhun Bayramov offşor ölkədə böyük biznesi üzə çıxıb.
 
Bu babarədə Jurnalist Cavanşir Həsənli məlumat yayıb.
 
Bildirilib ki, "bəli, nazir vəzifəyə biznesdən gəlib. Onun benefisiarı olduğu OMNI LEGAL AND CONSULTANCY SERVICES LTD 2009-cu ildə Virciniya adalarında qeydiyyatdan keçib, 2013-cü ilin yanvarına qədər İsveçrədə fəaliyyət göstərib.
 
Panama sənədlərinə görə şəriki Roman Alloyarov olub. Şirkətin iflasından sonra Təhsil Nazirliyi aparatının rəhbəri və təhsil nazirinin müavini vəzifəsində çalışıb. Ötən ildən təhsil naziridir..."
 
Bundan başqa,Təhsil nazirinin müavini Firudin Qurbanov da həm təhsillə “məşğuldur”, həm də bizneslə. Sloveniyada FİREM D.O.O. (Məhdud Məsuliyyətli Cəmiyyəti) 2014-cü il fevralın 9-da qeydiyyatdan keçirilib. Sloveniya mənbələrinin məlumatına görə şirkət xidmət və ticarət sahəsində fəaliyyət göstərir, direktor isə Firudin Qurbanovdur.
 
Şirkət 6671381000 saylı lisenziya ilə Slovenyanın şərqindəki kiçik Rogaška Slatina şəhərində, Celjska cesta 6 ünvanında hüquqi qeydiyyata alınıb. Sözügedən ünvanda isə şəhərin 4 ulduzlu “Slatina” oteli yerləşir.
 
Bununla yanaşı, eyni ünvanda daha bir şirkət – HOTEL SLATINA d.o.o. qeydiyyatdan keçib. Bu şirkət otelin idarəçiliyini həyata keçirir, təsisçiləri haqqında məlumat yoxdur. Firudin Qurbanov 2007-2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri işləyib.. 2014-cü ilin iyulundan təhsil nazirinin müavindir./ixa.az/

Загрузка...
Загрузка...