Təhsil mərkəzinin rəhbəri telefonundakı videoya görə həbs edildi - FOTO

Türkiyədə Təhsil və Təşkilat mərkəzi kimi fəaliyyət göstərən qurumun idarəçiləri arasında azyaşlıları istismar edənlərin olduğu iddia edilib.
Publika.az xəbər verir ki, ölkənin Adanada fəaliyyət göstərən Furkan Təhsil və Təşkilat Mərkəzində aparılan əməliyyatda 28 nəfər saxlanılıb. Buna səbəb onlardan bir neçəsinin telefonunda azyaşlıların istismar ediləməsinə dair çoxsaylı videoların olmasıdır.
Saxlanılanlardan xüsusilə, İdris B.-nin mobil telefonundan xeyli sayda uşaq pornosu çıxıb. Eyni zamanda, təşkilatla əlaqəli 33 nəfərin evində əməliyyat-axtarış tədbirləri aparılıb. Onlardan 28-i evlərində həbs edilib. Həbs olunanlar arasında təsisçisi Alparslan Kuytul, Taha Yasin Dəmir, İdris Bir, Erol Ardıc və Əli Alagöz də var. 6 nəfərə ev həbsi, qalanlarına isə müəyyən məbləğdə cərimə tərtib olunub.
Könül Cəfərli

Загрузка...
Загрузка...