Təhlükə Azərbaycana doğru irəliləyir – Dəhşətli bəla 4000 can aldı

Baxış sayı: 
163
0  
0  

Bolqarıstanda yeni virus yayılmağa başlayıb.

Turaninfo.org xəbər verir ki, qısa vaxtda yoluxmaq xarakterinə malik olan virus Peste des Petits Ruminants (PPR) adlanır.

Bolqarıstanın Türkiyə ilə sərhəd kəndində - Boyarovoda aşkar olunan PPR qısa vaxt ərzində heyvan sürüsünün 90%-ni məhv etmək gücündədir.

Elm adamları məsələ ilə əlaqədar araşdırmalara başlayıb, kənd isə karantinə alınıb. Yetkililərə ərazidəki heyvanları öldürmək əmri verilib. Lakin bu, bölkə sakinlərinin etirazına səbəb olub. Sakinlər paytaxt Sofiyaya doğru yürüşə başlayıblar.

Avropa İttifaqı tarixinin ilk böyük virusu adlandırılan PPR (“qoyun vəbası”) artıq 4000-dən çox heyvanın canını alıb.

Vəziyyətin getdikcə təhlükəli olduğunu nəzərə alan Türkiyə tərəfi Bolqarıstanla sərhəd məntəqələrində yoxlama işlərini sərtləşdirib. Elm adamları sərhəd bölgələrində araşdırmalara başlayıblar. Virusun sərhəd kəndlərinə yayıldığı şübhəsi var.

Загрузка...
Загрузка...