Terrorçuların Afrindən BİABIRÇI QAÇIŞ PLANI: Ailələrini...

Baxış sayı: 
219
0  
0  

PKK terror təşkilatının üzvləri Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun mühasirəyə aldığı Afrin şəhərindən qaçmağın yeni yollarını kəşf edib.
Publika.az xəbər verir ki, terrorçuların böyük qismi və ali səviyyəli idarəçiləri şəhəri tərk edən dinc sakinlərin arasına girərək ailələri ilə birgə Afrindən qaçır.
Şəhərin mərkəz hissəsində təxminən 1500 terrorçunun mübarizə apardığı bildirilir.
Fateh Sultan Məhəmməd birliyinin komandiri Əhməd Süleyman kəndlərinə geri qayıdan dinc sakinlərin təhlükəsiz şəraitdə oluğunu deyib: “Bir daha PYD/YPG/PKK buralara gələ bilməz. Afrində yaşayan kürd, ərəb qardaşlarımızı terror təzyiqlərindən və zülmündən xilas etməyə gəlmişik. Afrində yaşayan bütün sakinlər yurdlarına geri qayıda bilərlər. Onların heç mülkünə toxunmadıq. İnşallah, bütün Suriyanı Türkiyə ordusu ilə birlikdə terrorçulardan təmizləyənə qədər mübarizəmiz davam edəcək”.
Hazırda Afrin TSQ və ASO tərəfindən qurudan və havadan saniyəbəsaniyə izlənilməkdədir.
Zümrüd

Загрузка...
Загрузка...