Terrorçular Əsədin təyyarəsini vurdular – VİDEO

Baxış sayı: 
139
0  
0  

“Ceyş Tahrir aş-Şam” qruplaşmasının döyüşçüləri Şərqi Kalamun regionunda Suriyanın Hərbi-Hava Qüvvələrinə aid “Su-24” təyyarəsini vurublar.
Publika.az xəbər verir ki, bu haqda terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olan “Directorate 4” telegram-kanalı bildirib.
Kanalın xəbərinə görə, ekipajın taleyi hələlik məlum deyil.
“Al-Masdar News” nəşrinin məlumatına görə, təyyarə Suriya hökumət qoşunları tərəfindən nəzarət edilən əraziyə düşüb. Öz növbəsində, mənbələrə istinadən “Syria Call News” nəşri bildirib ki, təyyarə yerüstü zenit-raket kompleksi ilə vurulub və sement fabriki yaxınlıqda düşüb. Pilotun tullandığı deyilsə də, onun haqqında başqa informasiya yoxdur.
Ömər Dağlı

Загрузка...
Загрузка...