Tereza Mey göz yaşları içərisində bəyan etdi: “İYUNUN 7-DƏ...”

Baxış sayı: 
69
2  
0  

 
Hurriyyet.org xəbər verir ki, İngiltərənin baş naziri Tereza Mey iyunun 7-də həm partiya sədri, həm də baş nazir vəzifəsindən istefa verəcəyini açıqlayıb. Mey gözləri yaşarmış halda deyib: “Breksiti həyata keçirməmək mənim üçün dərin bir peşmanlıqdır və belə olaraq qalacaqdır”.
 
Mey deyib: “Mən ölkənin ikinci qadın baş naziriyəm. Amma sonuncu deyiləm”.
 
O, partiyaya yeni rəhbər seçilənə qədər vəzifədə qalacağını bildirib. Tereza Mey artıq 3 ildir ki, baş nazir vəzifəsini icra edir.
 
Metin Avropa İttifaqı ilə əldə elədiyi “Breksit” razılaşması parlament tərəfindən üç dəfə rədd edilib.
 
Onun lideri olduğu Mühafizəkarlar partiyasının ölkədə dünən keçirilən Avropa Parlamenti seçkilərində böyük uğursuzluğa düçar olduğu güman edilir. Bu gün onunla görüşən partiya rəhbərliyinin Meyi istefaya məcbur elədiyi bildirilir.

Загрузка...
Загрузка...