Tehranda partlayışlar planlaşdıran TERRORÇU SAXLANILDI

İŞİD terrorçusu İslam inqilabının keşikçiləri korpusu tərəfindən saxlanılıb.
Publika.az xəbər verir ki, o, Tehranda bir sıra terror aktları həyata keçirməyi planlaşdırırdı. Polkovnik Amin Yaamininin bildirdiyinə görə, terrorçu Andişe şəhərində tutulub.
"Hazırda İŞİD üzvü istintaq altında saxlanılır, o, müqəddəs Məhərrəm ayı ərəfəsində 300 terror əməliyyatı həyata keçirmək fikrində idi", - deyə polkovnik RİA xəbər agentliyə bildirib.
Zaur H.

Загрузка...
Загрузка...