Tehranda Azərbaycan dili - QİYAMI

Baxış sayı: 
91
0  
0  

 
Güney Azərbaycanda İranın təhsil naziri Məhəmməd Bəthayinin qeyri-fars dillərinin tədrisi ilə bağlı səsləndirdiyi irqçi fikirlərə qarşı etirazlar səngimək bilmir.
 
Teleqraf.com xəbər verir ki, Tehran, Rey və Şimiranatın İran parlamentindəki azərbaycanlı vəkili Məhəmmədrza Badamçı bunun Konstitusiyaya zidd olduğunu bildirib.
 
Azərbaycanlı deputat naziri ölkə qanunvericiliyini bilməməkdə ittiham edib:
 
“Təəssüflər olsun ki, nazir ölkə konstitusiyası ilə tanış deyil, buna görə də belə açıqlamalr verir. Konstitusiyanın 15-ci maddəsi İrandakı məktəblərdə müxtəlif dillərin tədrisinə icazə verir. Konstitusiya birlik rəmzidir, biz onun bütün maddələrinin icra olunmasını tələb edirik. Sözsüz ki, dövlətin vəzifəsi Konstitusiyaya əməl etməkdir. Bir nazirin konstitusiyaya zidd danışması qəribə hadisədir. Təəssüflər olsun ki, cənab Bəthayi sözlərini təkzib etməyib”.
 
Təbrizdən olan millət vəkili Əhməd Əlirzabəyli isə təhsil nazirini qeyri-peşəkarlıqda ittiham edib: “İnsanları heç nədən məhrum etmək olmaz. Rzaxan bunu etdi, cavabını da aldı. Türk dili və digər yerli dilləri qadağan etmək olmaz. Heç kəs Konstitusiyanın maddələrini poza bilməz. Konstitusiya övladlarımıza öz ana dillərində təhsil almaq imkanı verir. Hesab edirik ki, dövlət Türk dili, Ədəbiyyatı və Mədəniyyət Evinin yaratmağa imkan versə, bu söz-söhbətlərə son qoyulacaq. Bu dil bizə oksigen kimi lazımdır”.
 
Qeyd edək ki, Məhəmməd Bəthayi təhsil müəssisələrində qeyri-fars dillərin tədrisinin qadağan olunduğunu açıqlayıb. O, bu dilləri İran üçün “təhlükə” adlandırıb.
 
Müəllif: Mənsur Rəğbətoğlu

Загрузка...
Загрузка...