Tehranda ara qarışdı: Zibil maşınları yandırıldı – İstefa tələbləri

Baxış sayı: 
158
1  
0  

 

İranın iri şəhərlərində bir neçə gündür davam edən iqtisadi böhrana etiraz aksiyaları paytaxt Tehrana sıçrayıb. 

Turaninfo.org xəbər verir ki, üç gün əvvəl İsfahandan başlayan, Məşhəd və Şiraz kimi şəhərlərə yayılan aksiyalar Tehranda davam etdirilir.

Aksiyalara qatılan vətəndaşlar şəhərin Vəliəsr Meydanında zibil maşınlarını yandırırlar.

Siyasi hakimiyyət və ölkənin ali dini lideri əleyhinə şüarlar səsləndirilən nümayişləri böyük avtomobil karvanı müşayiət edir.

Vətəndaşlar böhranda məsuliyyət daşıyan Prezident Həsən Ruhani və Ali dini lider Əli Xamenei istefaya çağırırlar.

Загрузка...
Загрузка...