Təbriz məktəblərini “Azərbaycan var olsun” şüarı bürüdü – VİDEO

Baxış sayı: 
306
1  
0  

Güney Azərbaycanda stadionlarla yanaşı, məktəblərdə də milli şüarların səsləndirilməsi halları geniş vüsət almağa başlayır.
 
Teleqraf.com xəbər verir ki, Təbrizin “Əkbəriyyə” məktəbindən yayılan bir videoda azərbaycanlı şagirdlərin milli şüarlar səsləndirdikləri görünür. Belə ki, futbol oyununu seyr edən məktəblilər dəfələrlə “Türk dilində mədrəsə – Olmalıdır hər kəsə” və “Azərbaycan var olsun – İstəməyən kor olsun” şüarı səsləndiriblər.
 
Sosial şəbəkə istifadəçiləri isə sözügedən videonu paylaşaraq azərbaycanlı fəalların saxlanması məsələsinə toxunub və bildiriblər ki, “bəlkə Abbas Lisanini həbs edəsiniz, amma onun düşüncəsi ilə nə edəcəksiniz?!”
 
Bir çox azərbaycanlı sosial şəbəkə istifadəçisi isə Güney Azərbaycan məktəblərində “Türk dilində mədrəsə” şüarı adı ilə kampaniya keçirilməsini təklif edib.
 
Qeyd edək ki, İran konstitusiyasının 15-ci maddəsinə əsasən məktəblərdə fars dili ilə yanaşı yerli dillərin də tədris olunması sərbəstdir. Lakin islam inqilabından 40 il keçməsinə baxmayaraq dövlət 15-ci maddəni icra etməkdən imtina edir. Bu məsələ uzun illərdir azərbaycanlıların kəskin etirazına səbəb olub. Soydaşlarımız sadəcə Azərbaycan dili və ədəbiyyatının tədris olunması deyil, Azərbyacan dilində təhsil də tələb edirlər.

Загрузка...
Загрузка...