"Tariximizə sahib çıxaq"tarixi araşdırmalar və maarifləndirmə ictimai birliyi

Baxış sayı: 
161
0  
0  

« 11» may 2018 ci, il.                                                                                 №  -19
Hörmətli Media nümayəndələri!
          11 may 2018-ci il tarixində  Bakı şəhər N. Babayev adına144 №-li tam orta məktəbdə  Hərb tariximiz - 100” mövzusuna həsr  olunmuş tədbir keçirildi.
Tədbir  “Tariximizə Sahib Çıxaq”  tarixi araşdırmalar  və maarifləndirmə İctimai Birliyi, Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Qəhrəmanlıq tariximizin məktəblilər arasında təbliğinin təşkili layihəsi çərçivəsində təşkil olunmuşdur.
     Dövlət himni səsləndirildikdən sonra məktəbin direktoru Həcər  Mahmudova çıxış edərək gələn qonaqları və müəllim-şagirdləri salamlayaraq həyata keçirilən layihənin tarixi əhəmiyyətindən danışdı. Tədbir məktəb şagirdlərinin çıxışları ilə davam etdi. Hərb tariximizə aid slaydlar göstərildi, onların həyatı, hərbi fəaliyyəti haqqında geniş məlumat verildi.
Tədbir boyunca şagirdlərin ifasında müxtəlif hərbi-vətənpərvərlik mahnıları, şeirlər oxundu.
Daha sonra AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli çıxış edərək Azərbaycan xalqının hərb tarixindəki böyük rolundan, hərbi şücaətlərindən, şəhidlərimizin qəhrəmanlıqlarının gənclərimizdə hərbi-vətənpərvərlik ruhunun tərbiyə olunmasında rolundan geniş danışdı.  
“Məşəl” Əlil və Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədr müavini və Qarabağ qazisi Taleh Əhmədov çıxış edərək Azərbaycan Ordusunun Qarabağ müharibəsindəki qəhrəmanlıqlarından danışdı.
Digər qonaqlar da çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bildirdilər.
Tədbirin sonunda çıxış edən “Tariximizə sahib çıxaq” İctimai Birliyinin sədri Araz Şamilov keçirilən tədbirin əsas məqsədlərinə toxunaraq hərb tariximizdə olan məqamlardan danışdı. O, məktəb rəhbərliyinə, tədbirdə bu layihəyə kömək edən müəllimlərə, çıxış edən və iştirak edən şagirdlərə öz minnətdarlığını bildirdi və müəllifi Türkiyə Respublikasının Prezidentinin müşaviri Professor Dr. Seyit Sertçelik olan  “Rus və Erməni Mənbələri İşığında Erməni Problemi” və “Meydana Çıxma prosesi” adlı “1678-1914” və “1915-1923”-cü illəri əhatə edən iki cildlik kitabları məktəbin kitabxanasına bağışladı.
Tədbirin sonunda çıxışları ilə fərqlənən şagirdlərə  “Tariximizə Sahib Çıxaq”  tarixi araşdırmalar  və maarifləndirmə İctimai Birliyi tərəfindən diplomlar təqdim edildi.
 
Hörmətlə,
“Tariximizə Sahib Çıxaq”
 tarixi araşdırmalar və maarifləndirmə
İctimai Birliyinin Sədri:                                                               Araz Saday oğlu Şamilov


 

Загрузка...
Загрузка...