Tanınmış rejissor məhkəmədə ifadə verəcək - 300 minlik dələduzluq

Baxış sayı: 
57
2  
1  

Külli miqdarda dələduzluqda təqsirləndirilən Əziz Əbdüləzizin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Turaninfo.org  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə Əziz Əbdüləzizin vəkili vəsatətlə çıxış edib.

Vəkil Azərbaycan televiziya rejissoru, ssenarist Arif Qazıyevin məhkəmədə əlavə şahid qismində dindirilməsini istəyib.

Məhkəmə vəsatəti təmin edib, növbəti iclasda Arif Qazıyevin dindirilməsinin təmin olunması qərara alınıb.

Daha sonra prosesdə əlavə şahid qismində Abbas Rüstəmov ifadə verib. O bildirib ki, zərərçəkmiş İxtiyar Həsənovun xahişi ilə Əziz Əbdüləzizlə görüşə gedib: "Əziz müəllim görüşə gəldi. Sonra ən azı 20 dəqiqə maşında söhbət etdilər. Ümumilikdə, İxtiyarla Əziz müəllimin görüşünə üç dəfə getmişəm. Amma onlar mənim yanımda söhbət etmədilər. Mən kənarda gözləmişəm, onlar ikisi söhbət ediblər. İxtiyar mənə Əziz müəllimdən 300 min manat pul alacağını demişdi".

İttihama görə, Əziz Əbdüləziz aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tikinti işləri ilə məşğul olan tanışı, "ALFA LTD" şirkətinin rəhbəri İxtiyar Həsənova məktəb tikintisi işlərini tender yolu ilə alıb ona verəcəyinə dair yalan vəd verib. İxtiyar Həsənovdan 2011-ci ildə 50 min manat pul alıb. Bu pulun 25 min manatını sonradan geri qaytarıb.

Xatırladaq ki, cinayət işində Azərbaycan televiziyasının rejissoru olmuş, keçmiş Muğam Teatrına rəhbərlik etmiş Arif Qazıyevin adı şahid qismində keçir.

Загрузка...
Загрузка...