Tanınmış iqtisadçı dövlət büdcəsini, analoqsuz büdcə modeli adlandırdı

Tanınmış iqtisadçı Məhəmməd Talıblı, 2017-2018-ci dövlət büdcəsini dəyərləndirərkən iki nüansa diqqət yetirmişdir: Kredit alınaraq qeyri-şəffaf istifadə olunmuş həmin kredit borclarının qaytarılması və Beynəlxalq Bankın səmərəsiz fəaliyyəti nəticəsində dəyən zərərin xalqın hesabına qaytarılması:
 
Növbəti ilin dövlət büdcəsində maliyyə öhdəliklərinin icrası ilə bağlı xərclər əhəmiyyətli sürətdə artır. Belə ki, dövlət borclarına xidmət xərcləri ilə bağlı 2 mlrd. 263 mln. manat vəsaitin xərclənməsi planlaşdırılır. Bu ötən illə müqayisədə 37,7 faiz (621 mln.manat) çoxdur. Yəni, dövlət büdcəsi xərclərinin hər 100 manatının 9 manat 30 qəpiyi vaxtı çatmış borcların qapadılmasına yönələcək.
 
 
Bu qədər borc öhdəliklərinin yaranma səbəblərindən biri də Beynəlxalq Bankın səmərəsiz və qeyri-şəffaf xərcləndiyi kreditlərin dövlətin üzərinə keçməsi ilə bağlıdır. Borcun 442 mln. manatı məhz Beynəlxalq Bankın xarici borc öhdəliklərinin bir hissəsini bağlamaq üçün sərf ediləcək.
Vətəndaşın vergiləri hesabına bankın ziyanlarını örtməsi gerçəkdən analoqsuz büdcə modeli adlana bilər. 

Загрузка...
Загрузка...