Tanınmış hakim təqaüdə göndərildi - Tərcümey-hal

Baxış sayı: 
103
1  
0  

 
 
Ali Məhkəmənin tanınmış hakimi təqaüdə göndərilib.
 
Teleqraf.com-un xəbərinə görə, Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi Fərhad Əliyev 64 yaşında təqaüdə çıxıb.
 
Qeyd edək ki, Fərhad Əliyev 16 dekabr 1954-cü ildə Bakı şəhərində anadan olub.
 
1994-cü ildə Silahlı Qüvvələrin üçüncü il dönümü münasibəti ilə “Şah İsmayıl Xətayi” adına Fəxri Fərmanla təltif olunub.
 
1997-ci ildə Silahlı Qüvvələrin altıncı il dönümü münasibəti ilə “Şah İsmayıl Xətayi” adına Fəxri Fərmanla təltif olunub.
 
Qarabağ müharibəsi veteranıdır, Ədliyyə Polkovnikidir.
 
Fərhad Əliyev 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, 1978-ci ildə həmin universiteti bitirib.
 
İş təcrübəsinə gəlincə, Fərhad Əliyev 1972-1973-cü illərdə Azərbaycan SSR Ali Soveti adına Bakı Ali Hərbi Ümumqoşun Komandanlıq məktəbi nəzdində hərbi xidmətdə olub, 1978-1982-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ETMEİ-da krimonologiya, xətt üzrə ekspertiza şöbəsində kiçik elmi işçi, 1982-1991-ci illərdə Aqrarsənaye birliyində arbitraj-hüquq şöbəsində baş hüquq məsləhətçisi, 1991-1992-ci illərdə "RİA" assosasiyasının hüquq şöbəsinin hüquq məsləhətçisi, 1992-1992-ci ilin may ayından iyul ayınadək Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi işçilərin hüquqlarının qorunması şöbəsində hüquq məsləhətçisi (zabit), 1992-1994-cü illərdə Azərbaycan Respublikası Hərbi Tribunalın hakimi, 1994-2000-ci illərdə Bakı Qarnizonu hərbi tribunalında sədr müavini, 2000-ci ilin iyul ayından hal-hazıradək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi idi.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...