​Tanınmış azərbaycanlı həkim Rusiyada yol qəzasında öldü (FOTO)

Baxış sayı: 
23
1  
0  

Rusiyanın Kalininqrad vilayətinin cənubunda avqustun 11-də baş vermiş qəzada dünyasını dəyişən azərbaycanlı həkim Tenqiz Hüseynağa oğlu Axundov olub.
 
Uzun illərdir Kalininqrad şəhər klinikasında çalışan otorinolarinqoloq "Polo” markalı maşının sükanı arxasında olub. Qəza "Folksvaqen Qolf” markalı avtoomobilin qarşı zolağa çıxması nəticəsində baş verib. Hadisə zamanı Axundovun yanında oğlu da olub. Həkimin oğlu xəsarət almadan xilas ola bilib.
 
Qeyd edək ki, azərbaycanlı həkimin ölümü rusiyalı xəstələrinin dərin kədərinə səbəb olub. Sosial şəbəkədə onun haqqında xatirələrini bölüşən pasiyentlər və Səhiyyə Nazirliyinin regional şöbəsi Tenqiz Axundovun yaxınlarına başsağlığı veriblər.
 
Tenqiz Axundov 3 uşaq atası olub. Mərhumun meyiti bu gün Azərbaycana gətiriləcək. ("Qafqazinfo”)

Загрузка...
Загрузка...