​Tale Heydərovun Bakıdakı mağazaları bağlandı – Fotolar

Baxış sayı: 
65
2  
0  

Bakıda fəaliyyət göstərən kitab mağazalarından ikisi fəaliyyətini dayandırıb.
“Turaninfo.org” BakuPost-a istinadla xəbər verir ki, Xətai rayonunda və metronun 20 Yanvar stansiyasının yaxınlığındakı “Bravo” marketlərində olan “LIBRAFF” kitab mağazaları bağlanıb. Onların icarəyə götürdükləri dükanlar tamamilə boşaldılıb.
 
Məlumata görə, yaxın vaxtlarda LIBRAFF-ın daha bir neçə mağazası fəaliyyətini dayandıracaq.
 
LİBRAFF mağazalar şəbəkəsi, Fövqəladə hallar Naziri Kamaləddin Heydərovun oğlu Tale Heydərova məxsusdur. Bu mağazalar şəbəkəsi 2017-ci ildə fəaliyyətə başlayıb və paytaxtın görkəmli yerlərində, hava limanında, ticarət mərkəzlərində və Gəncədə oxucuların xidmətinə verilib.
 
Bir neçə mağazanın açılışını şəxsən Tale Heydərov edib.

Загрузка...
Загрузка...