​Taksi sürücüləri arasında qanlı dava - 3 nəfər öldürüldü

Baxış sayı: 
107
1  
0  

Bu gün İstanbulun Esenyurt adlanan hissəsində bir qrup taksi sürücüsü arasında kütləvi dava düşüb.
 
Publika.az Demirören xəbər agentliyinə istinadən xəbər verir ki, dava-dalaş zamanı dəyənəklərdən və odlu silahdan atəş açılıb. Atəş nəticəsində ağır xəsarət alan 4 nəfər xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq güllə yarası almış şəxslərdən 3-ü vəfat edib. Onlardan ikisi qardaşdır.
 
Faktla bağlı araşdırmalar aparılır. Hadisə zamanı atəş açan şəxs silahı ataraq ərazidən uzaqlaşıb.

Загрузка...
Загрузка...