Tacirlə İlahə arasında qalmaqal böyüyür: “Başına oyun açaram” - Video

Baxış sayı: 
150
1  
0  
  1.  

 
Müğənni Tacir Şahmalıoğlu ilə İlahə Fəda arasında “Ona qalsa” verilişində qalmaqal yaşanıb.
 
Teleqraf.com xəbər verir ki, Tacir Şahmalıoğlu canlı yayımda İlahə Fədanin ünvanına sərt sözlər səsləndirib: “Haqqımda bir-iki kəlmə söz eşitdim. Mənim 11 yaşında oxuduğum əsər yenə də sevilə-sevilə dinlənirilir. Qızıl Fondda saxlanılır. Xalq üçün az da olsa nəsə etmişəm.
 
İlahə Fəda Rövşanə Ağasəfqızının verilişinə çıxıb, ağzına gələni danışıb. Xalq üçün nə etmisən? Ona kim icazə verib? İsti suda oğlumu çimizdirmişəm. Burada nə var? Mən on milyon xalqın qarşısında özümü sübut etmişəm. Sənin kimliyini isə mən sübut edə bilərəm.
 
Amma çox heyif ki, ortada Fədayə Laçın var. O çox gözəl xanımdır, anası da çox gözəl insandır. Anası onun yanında danışmağa qorxur. Sən kimsən ki, tərbiyədən danışırsan”.
 
İlahə Fəda isə canlı yayıma qoşularaq “Mən qısa bir kəlmə deyəcəm, it hürər, karvan keçər” deyə Tacir Şahmalıoğluna cavab verib.
 
Bundan əsəbləşən Tacir Şahmalıoğlu “Mən kişiyəm, onun başına oyun açaram. Amma bu mənim kişiliyimə yaraşmaz. Ortada Fədayə xanım var” deyib.

Загрузка...
Загрузка...