​Səyahət gəmisi “kabus gəmi”yə döndü

Baxış sayı: 
71
1  
0  

“Diamond Princess”i koronavirus əsir alıb
Yaponiya sahillərinə yan alan, lakin sərnişinlərində “koronavirus” epidemiyası başladığından enmələrinə icazə verilmədiyi “Diamond Princess” səyahət gəmisində bir gündə yoluxanların sayı 60 nəfər də artaraq 130-a çatıb.
 
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə yerli TBS kanalı məlumat yayıb.
 
Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Yosixide Suqa gəmidəki bütün yaşlı adamların tibbi testlərdən keçiriləcək. Səhiyyə Nazirliyi iki həftəlik yoxlama bitməyənə qədər gəminin yola çıxa bilməyəcəyini açıqlayıb. Bu 19 fevrala qədər müəyyən edilən karantin müddətinin artıq daha da uzadılması deməkdir.
 
Yaponiyanın səhiyyə naziri Katsunobu Kato tibbi testlərin bütün sərnişinlər (söhbət 3700 adamdan gedir) və gəminin ekipajı üzərində həyata keçriləcəyini söyləyib. Gəmi sərnişinləri hər 4 saatdan bir bədən temperaturlarını ölçməli və bu barədə gəminin inzibati heyətinə məruzə etməlidirlər.
 
Gəminin istismarçı şirkəti “Princess Cruise Lines Ltd” Yokoqama adasına çıxa bilməyən bütün müştərilərə dəyən zərəri ödəyəcəyini açıqlayıb. Buraya səyahətin qiyməti, oteldə qalmaq, gəmidə göstərilən xidmət xərcləri daxildir.
 
“Diamond Princess” gəmisində 16 günlük səyahət kayutun tipi və eyvanın olmasına görə 295 min yen, yəni 2700 ABŞ dollardan 478 min yenə (4350 ABŞ dolları) qədərdir. Lüks nömrələr isə 12500 ABŞ dolları civarındadır.
 
Ölkənin Torpaq resursları, infrastruktur, nəqliyyat və turuzm nazirliyinin bildirdiyinə əsasən, Yaponiyadan keçən 14 səyahət gəmisindən 13-ü artıq bütün səfərləri dayandırıb.
 
Hazırda daha bir səyahət gəmisi, “World Dream” Honkonq sahillərində karantin altında tutulur.
 
Musavat.com

Загрузка...
Загрузка...