Sürücülərin NƏZƏRİNƏ: bu yolda hərəkət dayandırılacaq

Baxış sayı: 
37
1  
0  

Bakı-Sabunçu-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, təhlükəsizliyin təmin olunması məqsədilə Asəf Əsədullayev küçəsi ilə Qambay Vəzirov küçəsinin kəsişdiyi yerdə - 13-cü kilometrin 3-cü piketində (Sabunçu stansiyasının girişi) eyni səviyyəli dəmir yolu keçidi yeraltı tunellə əvəz olunacaq.
 
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən Publika.az-a bildirilib ki, bununla əlaqədar olaraq, avqustun 22-də səhər saat 08:00-dan etibarən həmin keçiddən avtomobillərin hərəkəti dayandırılacaq.
 
Yeni tunelin inşası başa çatana qədər avtomobil sürücülərindən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Загрузка...
Загрузка...