​Suriyada terror: 10 ölü

Baxış sayı: 
44
1  
0  

 
Suriyada terror aktı törədilib.
 
Suriyanın şimalında Əl-Bab rayonunda terror aktı nəticəsində azı 10 nəfər ölüb, 30 nəfər yaralanıb.
 
Məlumata görə, avtomobil dayanacaqlarının birində içində partlayıcı maddə quraşdırılmış maşın partlayıb. Partlayış avtomobillərə və yaxınlıqdakı binalara zərər vurub. Ölən və yaralananların sayının artması istisna olunmur. 
 
Hadisə yerində yerli təhlükəsizlik xidmətlərinin əməkdaşları çalışır.
 
Partlayışa görə cavabdehliyi heç bir terror qruplaşması öz üzərinə götürməyib. \\Modern.az

Загрузка...
Загрузка...