Suriyada koronavirusdan ilk ölüm hadisəsi baş verdi

Baxış sayı: 
77
1  
0  

Suriyada koronavirusa yoluxduğu təsdiq edilən bir nəfər qadın xəstəxanaya çatdırılandan sonra keçinib.

“Report” SANA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bu, ölkədə koronavirusdan ilk ölüm hadisəsidir.

Qeyd edək ki, koronavirusa ilk yoluxma halı 6 gün əvvəl qeydə alınan Suriyada virusun yayılmasına qarşı tədbirlər çərçivəsində ötən həftədən etibarən ciddi karantin rejimi, o cümlədən axşam saat 6-dan səhər saat 6-dək küçəyə çıxmamaq qadağası tətbiq olunub.

 
Загрузка...
Загрузка...