"Suriyada hərbi əməliyyat vacib idi" - MERKEL

Almaniya federal kansleri Angela Merkel ABŞ, İngiltərə və Fransanın Suriyada həyata keçirdiyi hərbi əməliyyata dəstək ifadə edib.
 
Hurriyyet.org xəbər verir ki, Merkel hərbi əməliyyatların uğurlu alındığını deyib: "Amerikalı, fransalı və britaniyalı müttəfiqlərimizin belə bir məsuliyyəti öhdələrinə götürdükləri üçün onları dəstəkləyirik. Əməliyyatlar hər kəsin Suriyada kimyəvi silah istifadəsinə diqqətini yönəltmək və Suriya hakimiyyət qüvvələrinin daha çox pozuntulara yol verməsinin qarşısını almaq baxımından vacib və ölçülü idi".
 
A. Merkel bildirib ki, bu əməliyyatın məqsədi Suriya rejiminin kimyəvi silahlardan istifadə edərək hücumlar həyata keçirmək imkanlarını zəiflətməkdir. O, Almaniyanın bütün diplomatik addımları dəstəkləyəcəyini də vurğulayıb./apa/

Загрузка...
Загрузка...