Suriya ordusunun aviabazasına zərbələri endirilir

Baxış sayı: 
126

Hazırda Suriyanın Homs əyalətində yerləşən “Şayrat” aviabazasına zərbələr endirilir.
Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli SANA agentliyi xəbər verib.
Məlumata görə, Suriya ordusunun havadan müdafiə sistemləri zərbələri dəf edir. Hücumun kim tərəfindən törədildiyi hələlik məlum deyil.
Qeyd edək ki, ötən ilin aprelində ABŞ-ın Aralıq dənizindəki gəmilərindən “Şayrat” aviabazası istiqamətində 59 "Tomahawk" raketləri buraxılıb. Hadisə nəticəsində 5 nəfər ölüb, 7 nəfər yaralanıb.

Загрузка...
Загрузка...