Sünnət neçə yaşda edilməlidir?

Baxış sayı: 
113
2  
0  

Mütəxəssislərin fikrinə görə, uşaqların psixologiyasının zədələrdən uzaq qalması üçün sünnət prosesində yaş önəmli faktordur. Qeyd olunur ki, yanlış seçim müəyyən travmalarla nəticələnə bilər.
 
Publika.az xəbər verir ki, 3-6 yaş arası uşaqlar üçün sünnət tövsiyə edilmir.
 
Hesab olunur ki, 6-11 yaş aralığı sünnət üçün ən ideal vaxtdır. Bu dönəm uşağın ibtidai məktəbə başladığı dövrdür. Bu yaş qrupunda olan uşağın şəxsiyyəti formalaşdığından ona vəziyyət izah edildiyi zaman sünnətə hazır olub-olmadığı anlaşılacaq. Beləliklə, qorxudan qurtulmaqla psixoloji travmanın qarşısını almaq olar.
 
Mütəxəssislərin fikrincə, sünnət zamanı aşağıdakı nüanslara diqqət edilməlidir:
 
- Sünnət cərrahi əməliyyat olduğundan və həssas bölgəni əhatə etdiyindən ağrılarla mübarizə aparmaq lazımdır.
 
- İlk 24 saat ərzində yüngül qanaxma baş verə bilər. Ancaq həddən artıq qanaxma olarsa, müdaxilə edilməlidir.
 
- Bu sahədə mütəxəssislərə üstünlük verilməlidir.
 
- Uşaqlara sünnətlə bağlı qorxulu fikirlər aşılanmamalıdır.
 
Məhərrəm

Загрузка...
Загрузка...