Süni mayalanma ilə doğulan uşaqların həyatı TƏHLÜKƏDƏ

Baxış sayı: 
95
2  
0  

Süni mayalanma ilə doğulan uşaqların digərlərinə nisbətən xərçəngə tutulma riski yüksəkdir.
Turaninfo.org  xəbər verir ki, bu barədə məşhur JAMA tibb jurnalı yazıb.
Alimlər uzun illər ərzində apardıqları araşdırma zamanı minlərlə uşağın nəticələrini incələyib.
Belə qənaətə gəliblər ki, süni mayalanma ilə doğulan uşaqlara ilk 10 ildə xəstəlik diaqnozu qoyulma halları digərlərinə görə 17 faiz daha çoxdur.
Minnesota Universitetinin araşdırması zamanı süni mayalanma ilə doğulan 276000 uşaqla normal üsulla doğulan 2.27 milyon uşaq müqayisə edilib.
JAMA jurnalında yazılanlara görə, uşaqlıq dövrü xərçəngləri ilə süni mayalanma ilə doğulan uşaqlar arasında kiçik əlaqə olduğu müəyyən edilib.
Təbii ki, aşkarlanan bu əlaqə ilə bağlı araşdırmalar davam etdiriləcək. Çünki bəzi alimlər süni mayalanma ilə xərçəng arasında hər hansı əlaqənin olmasını doğru hesab etmir.
Qeyd edək ki, bu vaxta qədər süni mayalanma ilə 10 milyondan çox uşaq dünyaya gəlib.

publika.az
                                                                                                                          

Загрузка...
Загрузка...