​Sumqayıtda zəncirvari qəza - Xəsarət alanlar var

Baxış sayı: 
23
1  
0  

Sumqayıtda zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var.
 
“Report”un məlumatına görə, hadisə Çerkassi və Niyazi küçəsinin kəsişməsində qeydə alınıb.
 
KİA, Lada və Mersedes markalı 3 minik avtomobilinin toqquşması ilə nəticələnən zəncirvarı yol nəqliyyat hadisəsi baş verib.
 
Qəza zamanı Lada və KİA markalı avtomobilin sürücüləri ağır xəsarət alaraq xəstəxanaya çatdırılıblar.
 
Faktla bağlı araşdırma aparılır.

Загрузка...
Загрузка...